Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb
22.04.2016 [10:13]
Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 21-də Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda keçirilən konfransda vurğulanıb.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Quba şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın müstəqillik yolunda qət etdiyi çətin və şərəfli yolundan danışan natiq millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun etibarlı qarantıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Komitə sədri bildirib ki, multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə əsaslanır və bu istiqamətdə qazanılmış uğurların dünya miqyasında təbliğinin gücləndirilməsi zərurəti yaranıb. Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrildiyini beynəlxalq aləmdə nümayiş etdirmək dünyada humanizmin bərqərar olmasına, dini ayrı-seçkiliyin, məzhəblərarası qarşıdurmanın dayandırılmasına böyük töhfə olardı.
Konfransda “Azərbaycanda tolerantlıq ənənələri Qubanın timsalında” mövzusunda məruzə də dinlənilib, Qafqaz Müsəlmanları İdarəsinin, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının nümayəndələri və ziyalılar mövzu ətrafında çıxışlar ediblər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

