Oleq Kuznetsov: Spitakda zəlzələ zamanı Metsamor AES-in heyəti dağılışmışdı
14.05.2016 [10:02]
Metsamor atom elektrik stansiyasının (AES) hazırda işləyən 2-ci enerji blokunun texniki vəziyyəti təhlükəlidir. Bu blokun nəzərdə tutulan istismar resursu artıq tam tükənib və elektrik enerjisi hasilatında bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud “Fukusima-1” AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə sürükləyir. Bu sözləri tarixçi və siyasi şərhçi Oleq Kuznetsov AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib. Bir neçə ay əvvəl Cənubi Qafqaz ölkələrinin ictimaiyyətinin diqqətini bu problemə cəlb edən ilk adamlardan biri olan ekspert Metsamor AES-in vəziyyəti ilə bağlı onun narahatlığını getdikcə daha çox insanın bölüşdüyündən razı qaldığını bildirib.
Ekspert deyib: “Əlbəttə, Çernobıl AES-in partlamış enerji bloku ilə müqayisədə bu aqreqatın texniki parametrləri iki dəfə kiçikdir, amma indiki durumda bu cəhəti Cənubi Qafqazın Ermənistanla həmsərhəd ölkələri üçün onun təhlükəsini azaltmır. Ola bilsin, əsaslı təmir və yenidənqurma işləri Metsamor AES-in bu enerji blokunun gücünün istismar müddətini daha bir neçə il və hətta on il uzatmağa imkan verəcək, amma Ermənistan Respublikasının öz energetika təsərrüfatına münasibətini təhlil etsək, yenidənqurma imkanları haqqında söhbət artıq bir o qədər də aktual olmaya bilər”.
Spitakda baş vermiş zəlzələdən sonra elektrik stansiyasının bərpa olunması tarixini xatırlayan Oleq Kuznetsov deyib: “1988-ci ilin dekabrında Spitak zəlzələsi zamanı Metsamor AES-in heyətinin stansiyadan qaçıb getdiyini xatırlamaq kifayətdir. Yalnız özünün konstruksiya xüsusiyyətlərinə görə Metsamor AES ilə eyniyyət təşkil edən Kola AES-dən texniki heyətin tələm-tələsik bura göndərilməsi sayəsində onda labüd görünən təbii-texnogen fəlakətin qarşısını almaq mümkün oldu. Bu hadisədən sonra AES dayandırıldı, talan edildi, 1-ci enerji bloku isə əslində məhv edildi. Yalnız indi işləyən 2-ci enerji bloku bərpa edildi və işə salındı. Özü də bu addım sırf Dağlıq Qarabağ müharibəsinin yaratdığı iqtisadi şəraitdən irəli gəlirdi”.
Analitik onu da bildirib ki, Metsamor AES-in istismarının dayandırılması haqqında petisiya vacib təşəbbüsdür. Bu təşəbbüs Ermənistanın hakimiyyət orqanlarının diqqətini təkcə stansiyanın ağır texniki vəziyyətinə cəlb etməməlidir, həm də stansiyanın yenidən qurulması, yaxud sonradan konservasiya etməkdən ötrü dayandırılması üçün pul tapmaq barədə düşündürməlidir. Onun fikrincə, Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə yönəldilib. O.Kuznetsov deyib: “Buna görə də petisiyanı alqışlayıram. Nüvə energetikasında belə məsuliyyətsiz münasibət sözün həqiqi mənasında yolverilməzdir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

