Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamenti Transadriatik boru kəmərinin təməlinin qoyulmasına dair bəyanatla çıxış edib

ABŞ Dövlət Departamenti Transadriatik boru kəmərinin təməlinin qoyulmasına dair bəyanatla çıxış edib

19.05.2016 [10:15]

Xəbər verdiyimiz kimi, mayın 17-də Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməli qoyulub. Bu hadisə ilə əlaqədar ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbi brifinqdə bəyanat verib. O qeyd edib ki, Birləşmiş Ştatlar bu qaz kəmərinin təməlinin qoyulmasını alqışlayır. Transadriatik boru kəməri Azərbaycandan Avropa ölkələrinə qaz göndəriləcək “Cənub” qaz dəhlizinin son hissəsidir. C.Kerbi deyib: “Qeyd etdiyimiz kimi, biz Avropa qitəsində enerji şaxələnməsinin tərəfdarıyıq. Bu, öz növbəsində Avropanın enerji təhlükəsizliyini artıracaq, regionda sabitliyə və inkişafa kömək edəcək. Biz bu vacib layihənin həyata keçirilməsinin davam etməsini səbirsizliklə gözləyirik. Fikrimizcə, bu layihə Azərbaycan, Türkiyə, Yunanıstan və xüsusilə İtaliyanın iqtisadiyyatını möhkəmləndirəcək”.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31