Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatı: Azərbaycan-İtaliya münasibətləri artıq bölgələrarası əməkdaşlıq mərhələsinə keçib

Milli Məclisin deputatı: Azərbaycan-İtaliya münasibətləri artıq bölgələrarası əməkdaşlıq mərhələsinə keçib

03.06.2016 [10:00]

Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, parlamentlərarası nümayəndə heyətlərinin dəfələrlə qarşılıqlı səfərləri olub. 2014-cü ilin martında Qax şəhəri ilə qardaşlaşan İtaliyanın Valtellina bölgəsinin Bormio şəhəri nümayəndə heyətinin Qax rayonuna işgüzar səfəri onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri artıq dövlətlərarası münasibətlərdən bölgələrarası əməkdaşlıq mərhələsinə keçib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Qaxda jurnalistlərə müsahibəsində deyib.
Hazırda Azərbaycana xarici investisiyaların cəlb olunması üçün real şəraitin yarandığını vurğulayan parlamentin təmsilçisi son dövrlər investisiyaların təşviqi, vergi və gömrük rüsumları ilə bağlı mühüm qərarların qəbul olunduğunu diqqətə çatdırıb. Azər Kərimli yerli iş adamlarının və İtaliya nümayəndə heyətinin iştirakı ilə Qaxda keçirilən işgüzar forumun nəticəsi olaraq, gələcəkdə İtaliyanın Valtellina bölgəsindən Azərbaycana, eləcə də Qax rayonuna investisiyaların yatırılacağına ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31