Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir
04.06.2016 [09:33]
İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sədr qonağı salamlayaraq Türkiyənin yeni - 65-ci hökumətinin Baş naziri seçilməyi münasibətilə təbrik edib, ona bu şərəfli və məsuliyyətli vəzifədə türk xalqının rifahı naminə uğurlar arzulayıb.
Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərini Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin təcəssümü kimi dəyərləndirib. Bildirilib ki, dövlət başçıları arasındakı səmimi münasibət əlaqələrimizin inkişafına da müsbət təsirini göstərir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu göstəricini dəfələrlə artırmaq niyyətindəyik.
Milli Məclisin sədri deyib: “Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür”.
Söhbət zamanı sədr bildirib ki, Milli Məclislə Türkiyə parlamenti arasında əlaqələr yüksək səviyyədədir.
“Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ probleminin həllində Türkiyənin ölkəmizin yanında olduğunu həmişə hiss etmişik və inanırıq ki, bu məsələdə haqq-ədalət tezliklə öz yerini tapacaq”, - deyə Oqtay Əsədov vurğulayıb.
Türkiyənin Baş naziri Binəli Yıldırım yeni vəzifədə Azərbaycana ilk səfərini etdiyini və bundan qürur duyduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar göz önündədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş nazir vurğulayıb ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir.
Azərbaycan və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər yetirə bilməz.
Binəli Yıldırım Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirərək dedi ki, tarixlə tarixçilər məşğul olmalıdırlar. Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət aparmaq olmaz. Yaxın tarixdə törədilmiş Xocalı soyqırımına göz yuman bu siyasətbazlar uzaq keçmişdəki uydurma hadisələrə qiymət verməyə cəhd göstərirlər.
Binəli Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq bu ilin aprel ayında Azərbaycan Ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Baş nazir xüsusi vurğulayıb ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48

