Suzanne Mohamed Gamil: Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir
16.06.2016 [09:12]
“Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir”. Bunu dünən keçirdiyi mətbuat konfransında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzanne Mohamed Gamil deyib. O bildirib ki, ölkələr arasındakı əməkdaşlığın daha da güclənməsi hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Misir və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialdan bəhs edən səfir Misir iş adamlarının Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açacağını söyləyib: “Azərbaycan və Misir arasındakı ticarət əlaqələrinin ən yüksək səviyyəsi 2010-cu ildə qeydə alınıb. Biz Azərbaycandan neft və qaz idxal edirik, Misir isə Azərbaycana dərman preparatları, meyvə, tərəvəz ixrac edir. Biz bu əlaqələrin daha da inkişafına çalışırıq. Buna misal olaraq deyə bilərik ki, misirli iş adamları Azərbaycanda əczaçılıq zavodunun tikilməsinə maraq göstərirlər. Əsas məqsəd Hepatit C virusunu müalicə edən preparatları Azərbaycanda istehsal etməkdir. Azərbaycan Səhiyyə Nazirliyinin bir qrup heyəti dərman preparatlarının keyfiyyətini yoxlamaq üçün ötən ay Misirə səfər edib. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq”.
Turizm sektorunun istənilən ölkənin inkişafında ən mühüm meyarlardan biri olduğunu deyən diplomat Misirin Azərbaycandakı səfirliyinin bu təşəbbüslərə dəstək verəcəyini bildirib: “Əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini inkişaf etdirməkdir. Ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək. Hədəfimiz təkcə azərbaycanlı turistlərin Misirə getməsi deyil, həm də Misirdən Azərbaycana çoxlu sayda turistlərin gəlməsidir. Missiyamız qarşılıqlı olaraq ölkələrimizdə Misir və Azərbaycan haqqında olan bilikləri artırmaqdır. Misir xalqı Qəbələni, Gəncəni, Naxçıvanı, Şahdağ Qış-Yay Turizm Mərkəzini tanımalıdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Misirin mövqeyinin konkret olduğunu deyən səfir bu məsələdə Azərbaycana dəstəyini ifadə edib: “Misir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsini və bu məsələdə Azərbaycanı dəstəkləyir. Biz münaqişənin sülh yolu ilə həll olunacağına ümid edirik”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

