“The Jerusalem Post” Ermənistanda nasistə abidə ucaldılmasını ciddi tənqid edib
21.06.2016 [10:19]
İsrailin nüfuzlu “The Jerusalem Post” nəşrində Ermənistanda nasistə abidə ucaldılmasının ciddi tənqid olunduğu məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən millətçi erməni Qaregin Njdeyə Ermənistanın paytaxtı Yerevanda ucaldılmış abidə tənqid atəşinə tutulub.
Məqalədə qeyd edilir ki, Qaregin Njde İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq edib və 30 min nəfər ermənidən ibarət legionu nasistlərin ixtiyarına verib. Erməni legionu həm Krım yarımadasında, həm də Qafqazda fəaliyyət göstərərək Sovetlərin qızıl ordusuna qarşı vuruşub. Onun bir hissəsi isə bir müddət müttəfiq qüvvələrinə qarşı Cənubi Fransada mübarizə aparıb. Amma bütün bunlara baxmayaraq, ötən ay İrəvanın mərkəzi meydanında Njdeyə ucaldılmış abidənin açılışı olub.
Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqillik uğrunda mübarizə aparmış “milli qəhrəman” və “vətənpərvər” kimi təsvir edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova abidənin açılışından sonra bəyanatla çıxış edərək deyib: “Hamı bilir ki, Rusiya nasizm təzahürlərinin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinədir. Bu münasibət dəyişilməzdir. Biz anlamırıq ki, bu abidə nəyə görə ucaldılıb”.
Nasizm ideologiyasını və holokost faciəsini tədqiq edən professor Efraim Zuroff “The Jerusalem Post”da bildirib ki, Njde həqiqətən nasistlərlə əməkdaşlıq edirdi və erməni legionunun Krım və Qafqazdakı komandirlərindən biri idi. O bildirib ki, İkinci Dünya müharibəsi zamanı nasistlərlə birlikdə kütləvi qırğınlarda iştirak edən Njdeyə nəinki abidə ucaldılmalı, onun və başçılıq etdiyi hərbi birləşmənin nasistlərlə əlbir olması tənqid edilməlidir.
E.Zuroff deyib: “Onların abidə ucaltması faktı olduqca təhqiramizdir. Biz nasistlərlə əlbir olanların və ya üçüncü reyxin silahlı qüvvələrinə yardım edənlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq”.
Zuroff bildirib ki, hazırda Şərqi Avropada tarixin yenidən yazılması və bununla yerli insanların nasistlərlə əməkdaşlığının gizlədilməsi böyük problemdir.
Professor E.Zuroff deyib ki, Ermənistanda Njdeyə abidə ucaldılması ilə kifayətlənməyiblər, Yerevanda prospekt, böyük meydan və onun yaxınlığındakı metro stansiyası, habelə Syunik rayonunda bir kənd Njdenin adını daşıyır. Bu, nasistlərin qurbanlarının, nasistlərə qarşı vuruşanların xatirəsinin təhqir edilməsi deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19

