Suraxanıdakı 2 saylı uşaq evi üçün Zirədə inşa edilən “Dalğa” yay düşərgəsinin açılışı olub
23.06.2016 [10:20]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin iyunun 22-də açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva düşərgənin rəmzi açılışını bildirən lenti kəsiblər.
Bütün uşaqlar yay tətillərini səbirsizliklə gözləyirlər. Uşaqların yay aylarını dəniz kənarında keçirmələrinə həmişə üstünlük verilib. Bu yay günlərində Heydər Əliyev Fondu hər zaman olduğu kimi, valideyn himayəsindən məhrum olan uşaqların qayğılarını yaddan çıxarmadı və yenə də uşaq evlərinin sakinlərinə gözəl hədiyyə hazırladı. Dənizə yaxın məkanda - Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Fond 2 saylı uşaq evi üçün yay düşərgəsi inşa etdi. Bu isə Heydər Əliyev Fondunun bu kateqoriyadan olan uşaqların istirahətini, mənalı əylənmələrini əsl valideyn qayğısı ilə düşündüyünü bir daha nümayiş etdirir.
Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva gözəl dizaynla qurulan düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Nəticədə uşaqların istirahəti üçün ən müasir şərait yaradılıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək. Düşərgədə balacalar və yeniyetmələr musiqi ilə məşğul olmaq, müasir kompyuterlər vasitəsilə informasiya-kommunikasiya texnologiyalarına yiyələnmək imkanı qazanacaqlar, rəsm sahəsində istedadlarını inkişaf etdirəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb. Düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşüb, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik edib, maraqlı və xoş istirahət arzulayıb.
Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, Xəzər dənizinin yaxınlığında yerləşən bu yay düşərgəsində gələcək nəslin sağlam böyüməsi, onların fiziki baxımdan güclü olması diqqətdə saxlanılacaq. Belə ki, ümumi sahəsi 21 min kvadratmetrdən çox olan düşərgədə bu məqsədlərə xidmət edəcək idman meydançaları var.
Uşaq istirahət müəssisəsinin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir, burada uşaqların əylənmələri və istirahəti üçün maraqlı guşələr yaradılıb.
Beləliklə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Zirə qəsəbəsindəki 2 saylı uşaq evinin yay istirahət düşərgəsi uşaqların sosiallaşmasında, asudə vaxtlarının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsində mühüm rol oynayacaq.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

