Bahar Muradova: ATƏT PA-nın komitə iclaslarında mühüm məsələlər müzakirə olunub
05.07.2016 [10:24]
İyulun 3-də ATƏT Parlament Assambleyasının 25-ci sessiyasının üçüncü günü komitələrin iclasları ilə davam edib. Gün ərzində üç komitənin iclası keçirilib. İclaslarda Azərbaycan, eləcə də ATƏT regionu üçün vacib olan çox mühüm məsələlər, həmçinin qətnamə layihələri müzakirə olunub.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə komitə iclaslarında iştirak edən deputatlarımız qətnamə layihələrinə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra düzəlişlərə nail olublar.
Jurnalistlərə müsahibəsində deputatlarımızın təklif etdikləri əlavələrin böyük bir qisminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayan B.Muradova deyib: “Azərbaycan məruzə və qətnamə layihələrinin hazırlanması zamanı prosedur qaydalarına uyğun olaraq, bir sıra təkliflər irəli sürmüşdü. Biz həlli uzadılmış münaqişələrin, ATƏT regionu və Avropanın təhlükəsizliyi üçün təhdidlərin bu sənədlərdə əksini tapmamasından narazılığımızı bildirmişdik. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Daha çox diqqət mərkəzində saxladığımız məsələ Dağlıq Qarabağ münaqişəsi idi. ATƏT PA-nın iştirakçıları son vaxtlar bu məsələyə ciddi diqqət yetirməyə başlayıblar. Əgər biz əvvəllər dövlətlərin ərazi bütövlüyü, suverenliyi, işğal, təcavüz və s. məsələlərin sənədlərdə əksini tapmasında müəyyən çətinliklərlə üzləşirdiksə, artıq avropalıların mövqeyi dəyişib. Ona görə də Azərbaycan tərəfinin həlli uzadılmış münaqişələrin təhlükəsizliyə təhdid, ümumi inkişafa və əməkdaşlığa maneə olması, eləcə də miqrantlar, qadınların və uşaqların haqlarının qorunması ilə bağlı təklifləri çoxluq tərəfindən qəbul edildi”.
B.Muradova deyib ki, ermənilər bu iclaslarda da adətlərinə xilaf çıxmayıb, Azərbaycana qarşı iftira atmaqda davam ediblər. Ermənistan nümayəndə heyətinin rəhbəri aprel hadisələrində Azərbaycanı günahlandırıb və Ordumuzu qondarma “Dağlıq Qarabağ respublikası”nın ərazisinə hücumda ittiham edib. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında erməni tərəfinin bu absurd fikirlərinin əsassız olduğunu bildirib, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğunu bir daha tutarlı sübutlarla diqqətə çatdırıblar. Deputatlarımızın gərgin əməyi nəticəsində qətnamə layihələrində mövcud münaqişələrin həllinin vacibliyi məsələsi nəzərə alınıb.
Milli Məclis sədrinin müavini bildirib ki, iclaslarda Ermənistan nümayəndə heyətinin də bir sıra təklifləri olub. Ermənilər qətnamə layihələrində “Millətlərin öz müqəddəratını təyin etməsi”, “ATƏT sədrinin səlahiyyətlərinin azaldılması”, “İşğal altında olan ərazilərin azad edilməsində güc tətbiqinə qadağa qoyulması” kimi təkliflər irəli sürüblər. Lakin Azərbaycan tərəfinin arqumentlərə söykənən tutarlı cavabları nəticəsində bu təkliflərin heç biri qəbul olunmayıb.
ATƏT PA-nın iqtisadi komitəsində də vacib məsələlər müzakirə olunub. Xüsusən də Çernobıl faciəsi ilə bağlı bəndin müzakirəsi zamanı Azərbaycan tərəfinin seysmik aktiv zonalardakı obyektlərin, köhnə avadanlığı olan, istismara yararsız atom elektrik stansiyalarının bağlanması ilə bağlı ciddi təklifləri nəzərə alınıb.
Milli Məclis sədrinin müavini nümayəndə heyətinin üç günlük fəaliyyətini yüksək qiymətləndirib və növbəti iclaslarda da Azərbaycanın haqlı mövqeyinin müdafiə olunacağını, ATƏT regionu və bütövlükdə dünya üçün vacib olan məsələlərin qəbulunda fəal iştirak edəcəklərini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

