Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib

Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib

18.10.2018 [08:21]

Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib. Bu da müasir Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının kafedra müdiri, siyasi elmlər doktoru Nikolay Qolovatıy deyib. O bildirib ki, regionda lider ölkəyə çevrilən Azərbaycan artıq bir sıra böyük iqtisadi layihələrin müəllifidir, multikultural dəyərlərin təbliğində gözəl model yaradıb.
N.Qolovatıy bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkədə demokratik təsisatlar güclənib. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sayının çoxluğu, onların həyata keçirdiyi qlobal layihələr buna bariz nümunədir. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik onu göstərir ki, dövlətin yürütdüyü xarici və daxili siyasət uğurlu, düşünülmüş və praqmatikdir.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31