İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
20.10.2018 [10:21]
Ölkəmizdə səfərdə olan İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati oktyabrın 19-da Heydər Əliyev Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub. Qeyd edilib ki, muzeydə Ümummilli lider Heydər Əliyevin irsi və Azərbaycan tarixinə dair materiallar təqdim edilir. İnteraktiv formada təqdim edilən foto və video materiallar Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan tarixinin müxtəlif dövrləri üzrə geniş məlumat əldə etməyə imkan yaradır.
Daha sonra Maria Elisabetta Alberti Kasellati Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi ilə tanış olub.
Senatın sədrinin diqqətinə çatdırılıb ki, “Əbədiyyət xəzinəsi” sərgisi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib. Bu sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır.
Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya - bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür.
Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portreti qonaqda maraq doğurub. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir.
Sonra xanım Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki “Mini Azərbaycan” sərgisinə baxıb. Qonağa məlumat verilib ki, bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkənin zəngin memarlıq nümunələrini görmək imkanı var.
Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

