Pakistan Prezidenti Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisini qəbul edib
24.10.2018 [09:16]
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın dəvəti ilə oktyabrın 22-dən bu ölkədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-dək davam edəcək səfər çərçivəsində general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi tərəfindən qəbul edilib.
Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, Pakistanın 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini, eləcə də Xocalı soyqırımını tanıyan ilk ölkələrdən biri olduğu vurğulanıb. Həmçinin 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, ölkə rəhbərləri və hökumət nümayəndələri səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyi, Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daim Azərbaycanın mövqeyini dəstəklədiyi qeyd edilib.
General-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərində mövcud əməliyyat şəraiti haqqında Pakistan Prezidentinə məlumat verib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, Azərbaycan-İran sərhədinin 132, Azərbaycan-Ermənistan sərhədinin isə 733 kilometrlik hissəsinin nəzarətsiz qaldığı qeyd edilib. Əlavə olaraq, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti, həyata keçirilən islahatlar, maddi-texniki bazanın inkişafı üzrə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə də ətraflı məlumat verilib.
General-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat ilə görüşündə ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib. Bundan başqa, sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi, tərəflərin müvafiq heyətinin xüsusi təlim və kurslarda iştirakı və s. məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasının Quru Qoşunlarının Komandanı, general Qamar Cavad Bacva, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Zəfər Mahmud Abbasi və Pakistan İslam Respublikasının 11-ci ordu korpusunun komandiri, general-leytenant Nazir Əhməd Batla da görüşlər keçirib.
Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

