/ / Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü tədbirlər səmərəli nəticələr verir
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü tədbirlər səmərəli nəticələr verir
24.10.2018 [09:20]
Bu istiqamətdə görülən ardıcıl və sistemli işlərin nəticəsi kimi, soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır, bu faciəyə obyektiv qiymət verilir
Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Eyni zamanda, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində davam etdirilən fəaliyyətin mühüm tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin, o cümlədən xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə ardıcıl və səmərəli iş aparılır. Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən tədbirlər böyük önəm daşıyır. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, sözügedən faciənin xalqımıza qarşı törədilmiş soyqırımı kimi tanınması üçün Azərbaycan dövləti məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var. Belə ki, 2008-ci ildən bu vaxtadək həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər öz nəticələrini verir. Beynəlxalq ictimaiyyət ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına obyektiv münasibətini ortaya qoyur. Beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib. Təsadüfi deyil ki, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya müharibəsi sahəsində mühüm nailiyyəti, eləcə də diaspor siyasətinin uğurudur. Beləliklə, uğurlu diplomatiyanın və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyaları və “qara piar” kampaniyasını iflasa uğradır.
Qeyd etmək lazımdır ki, Türkiyənin Kayseri şəhərində keçirilən Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı da əlamətdar hadisədir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Kayseri şəhərində açılışı olan Xocalı parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev qeyd edib ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. O xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. “Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”, - deyə rusiyalı deputat əlavə edib.
Əlbəttə, ölkəmizin strateji tərəfdaşı olan, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Rusiyanın Dövlət Dumasının üzvünün bu fikirləri səsləndirməsi təqdirəlayiq haldır. Ekspertlərin də vurğuladıqları kimi, bu addım digər ölkələrin, o cümlədən Rusiyanın parlamentariləri üçün də nümunə olmalıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

