Paraqvayın SNT televiziya kanalı Bakı haqqında: Bu əfsanəvi şəhəri tanımağa dəyər
08.11.2018 [09:06]
Paraqvayın geniş tamaşaçı auditoriyasına malik SNT televiziya kanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, budəfəki reportaj Bakı şəhərinə həsr olunub.
Reportajın müəllifi Karlos Troçe əvvəlcə Bakı haqqında məlumat verir. Bildirir ki, Bakı Xəzər dənizi sahilində yerləşən tarixi bir şəhərdir. “Küləklər şəhəri” adlandırılan Bakı, Azərbaycanın siyasi, iqtisadi, mədəni mərkəzidir, həm Avropanın, həm də Asiyanın xüsusiyyətlərini özündə əks etdirir.
Karlos Troçe qeyd edir ki, Bakının küçələri ilə gəzərkən sanki onun tarixinə səyahət etmiş olursan. Buradakı bəzi tarixi abidələr UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Müəllif şəhərin tarixi haqqında da tamaşaçılara məlumat verir. Qeyd edir ki, Bakı zaman-zaman istilalara məruz qalıb, bunun izlərini hələ də görmək mümkündür. Buradakı qədim divarlar, küçələr xüsusilə maraq doğurur. Müasir Bakının günümüzə qədər qorunub saxlanılan qədim divarlarının arxasında isə tarixi Bakı ilə üzləşirsən.
Reportajda qeyd edilir ki, Bakı öz gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Şəhərin ecazkar binalarından biri də “Alov qüllələri” kompleksidir. Bu, şəhərdə ən hündür bina hesab olunur. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri “Alov qüllələri”dir. Paytaxtın hər bir nöqtəsindən “Alov qüllələri”ni görmək mümkündür. Bakının sevilən məkanlarından biri də Dənizkənarı Bulvardır. Xəzərin sahilində yerləşən bulvar Bakı gecələrinə xüsusi gözəllik verir.
Karlos Troçe vurğulayır ki, Bakıya səyahət etməyə dəyər, çünki burada qiymətlər ucuzdur. Xüsusilə də nəqliyyat vasitələrindən istifadə çox münasib qiymətədir. Yeməklərin, içkilərin qiymətləri də çox sərfəlidir. Şəhərdə ayrı-ayrı ölkələrin mətbəxlərinin nümunələri olan müasir restoranlar fəaliyyət göstərir. Azərbaycanın milli mətbəxi də çox zəngindir.
Reportajda Heydər Əliyev Mərkəzinin binası haqqında da tamaşaçılara məlumat verilir.
Müəllif vurğulayır ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbin xüsusiyyətlərini əks etdirməsi və digər amillər onu Cənubi Qafqazın ən cəlbedici ölkəsi edib. Sonda Bakı ilə bağlı təəssüratlarını ümumiləşdirən müəllif deyir: “Bu əfsanəvi şəhəri tanımağa dəyər”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

