/ / Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
16.11.2018 [10:12]
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.
İctimai Birlikdən AZƏRTAC-a daxil olan bəyanatın mətnində deyilir:
- Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməz haldır.
Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir. Həmçinin Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada, Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayri-seçkiliyə əsaslanan siyasət yürüdür.
Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik süründürməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan Bako Saakyan saxta sənədlərlə Şengen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur. Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Nəhayət, Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycan icması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir.
Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

