Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla Türkmənistan arasında imzalanan sənədlər gələcək əməkdaşlığı daha da dərinləşdirəcək

Azərbaycanla Türkmənistan arasında imzalanan sənədlər gələcək əməkdaşlığı daha da dərinləşdirəcək

24.11.2018 [10:57]

“Bu gün Azərbaycan-Türkmənistan münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında qədim tarixə, zəngin mədəniyyətə əsaslanan dostluq, qardaşlıq münasibətləri mövcuddur. Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkmənistana son rəsmi səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər bir daha bunu nümayiş etdirir. “Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir”, deyən Azərbaycan Prezidenti mətbuata birgə bəyanatda vurğulayıb ki, ölkələrimiz gələcəkdə də bir-birinə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşıb”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin rəsmi səfəri çərçivəsində imzalanan sənədlər kifayət qədər mühüm əhəmiyyət daşıyır: “Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”i, “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı” və imzalanan digər sənədlər ölkələrimiz arasındakı gələcək əməkdaşlığı daha da dərinləşdirəcək, yeni imkanlar yaradacaq”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, ölkə başçısının son rəsmi səfəri ölkələr arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq, regionda sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfələr verəcək.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31