Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb
28.11.2018 [09:54]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
Səfər proqramı noyabrın 27-də Ümummilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra nümayəndə heyətinin Türkiyə Prezidenti Administrasiyasının Rabitə İdarəsinin sədr müavini Mehmet Zahid Sobacı ilə görüşü keçirilib. İdarənin fəaliyyəti barədə məlumat verən Mehmet Zahid Sobacı yeni yaradılan bu qurumun Prezidentin media siyasətini, həmçinin Türkiyədə KİV və KİV-ə bağlı təsisatların tənzimləyici koordinasiyası funksiyasını yerinə yetirdiyini qeyd edib. O, Türkiyənin, eyni zamanda, təmsil etdiyi qurumun Azərbaycana böyük önəm verdiyini, iki ölkənin media təsisatlarının əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və Fondun fəaliyyəti barədə məlumat verib. O, Türkiyə-Azərbaycan media təsisatlarının, ümumilikdə türkdilli ölkələrin media təmsilçilərinin sıx təmaslarına imkan verən yeni platformanın yaradılması təklifini səsləndirib, bu platformanın qurulması üçün həm Türkiyə, həm də Azərbaycan dövlətlərinin dəstəyinin zəruri olduğunu qeyd edib. İcraçı direktor Azərbaycan dövlətinin belə bir dəstəyi verməyə hazır olduğunu diqqətə çatdırıb. Mehmet Zahid Sobacı da təklifin əhəmiyyətli olduğunu vurğulayıb, təmsil etdiyi qurumun bu istiqamətdə işlərə başlaması üçün uyğun fəaliyyət quracağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü Azərbaycanın Türkiyədəki səfirliyində olub. Səfir Xəzər İbrahim Azərbaycanın və Türkiyənin müştərək maraqlarına xidmət edən proqramlar barədə məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir Azərbaycan media təmsilçilərinin Türkiyəyə səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

