/ / Hikmət Babaoğlu: Boğaziçi Sammiti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm beynəlxalq platformadır
Hikmət Babaoğlu: Boğaziçi Sammiti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm beynəlxalq platformadır
28.11.2018 [09:57]
Boğaziçi Sammiti Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən “Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il təşkil olunur. Builki Sammit “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi altında keçirilir. Bu deviz əslində hazırda bütün dünyanın ehtiyac duyduğu ən ümdə məsələdir. Dünyanın gələcəyi də bu devizin nə qədər uğurla həyata keçirilməsindən asılı olacaq. Çünki bu gün təməlləri qoyulan siyasi paradiqmalar sabahın siyasi reallıqlarını müəyyən edəcək.
Bu fikirləri AZƏRTAC-a artıq doqquzuncu dəfədir təşkil edilən Boğaziçi Sammiti ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan da müharibəyə cəlb edilmiş ölkədir və Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal olunub. 1994-cü ildən bəri atəşkəs rejimi tətbiq edilsə də, Ermənistanın işğalçı ordusu daim təmas xətti və sərhəd boyunca Azərbaycan ərazilərini atəş altında saxlayır, dinc əhalini hədəfə çevirməklə faktiki müharibə vəziyyəti yaradır. Ona görə də bu gün qarşıdurmadan, müharibə şəraitində yaşamaqdan, terrora məruz qalmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır və ölkəmizin sülhə çox ehtiyacı var.
Hikmət Babaoğlu qeyd edib ki, Boğaziçi Sammiti məhz bu həqiqətlərin dünyaya çatdırılması baxımından Azərbaycan üçün beynəlxalq platformadır. Sammitdə Azərbaycanı təmsil edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu məsələlərə diqqəti çəkərək inkişafın və sülhün bərqərar olması üçün, ilk növbədə, işğal faktına son qoyulmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın sülh istədiyini deyən Prezidentin köməkçisi ölkəmizin bunun üçün mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması yaratmağa nail olduğunu bildirdi.
Deputat vurğulayıb ki, əgər regionda və dünyada doğrudan da sülh istəyiriksə, birgə səylə böyük bir siyasi coğrafiyada tüğyan edən terror və hibrid müharibə probleminə son qoymalıyıq. Bundan başqa, Boğaziçi Sammitində “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər bu kimi aktual mövzular da müxtəlif panellərdə fəal müzakirə predmeti kimi müəyyənləşdirilib ki, bu mövzuların hər biri olduqca mühüm problem kimi öz həllini gözləyən məsələlərdir. Müsbət haldır ki, ölkəmiz bu tipli beynəlxalq konfransda görülməli işlərlə bərabər, öz təcrübəsinə istinadən artıq gördüyü işlərdən də danışa bilir.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

