/ / Ermənistan xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı
Ermənistan xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı
11.12.2018 [09:43]
Küçələrə axışan kütlənin təzyiqi ilə oxlokratik rejim qurmuş Paşinyan isə öz hakimiyyətinə legitimlik qazandıra bilmədi
Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri və prosesin gedişatı bir çox məqamlara yenidən aydınlıq gətirmiş oldu. İlk növbədə qeyd edək ki, Ermənistan xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı. İkinci məqam isə ondan ibarətdir ki, Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı. Seçkilər erməni xalqının idarəedici elitanın həm müxalif, həm də iqtidar kəsiminə etibar etmədiyini göstərdi. Elə bunun göstəricisidir ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi. Küçələrə axışan kütlənin təzyiqi ilə oxlokratik rejim qurmuş Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Digər tərəfdən, ekspertlərin də vurğuladıqları kimi, seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşır. Soros Fondu isə Paşinyanın komandasının zəif seçki nəticələri göstərməsinin nümunəsində postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradı. İndi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistanda keçirilən növbədənkənar seçkilər, hər şeydən əvvəl, kütləvi saxtakarlıqla yadda qaldı. Onun sözlərinə görə, Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejiminin tarixin arxivinə yollanması ilə yanaşı, Paşinyanın da seçkini saxtalaşdıraraq qeyri-legitim hakimiyyət formalaşdırması seçkinin başlıca nəticələridir: “Ermənistanda vətəndaşlar nə iqtidara, nə də müxalifətə etimad göstərmirlər. Bu reallıq növbədənkənar parlament seçkiləri zamanı öz təsdiqini bir daha tapdı”.
“Seçkilərdə Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmirlər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin də qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərir, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş olur. Belə ki, AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin həmin qurumlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Görünən odur ki, eyni mexanizmlər hələ də qalır. Bu səbəbdən həmin beynəlxalq qurumlar Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim hakimiyyət qura bilməməsinə göz yumurlar. Bu isə qəbuledilməzdir”, - deyə E.Məmmədov əlavə edib.
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri növbəti dəfə bu ölkədə seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını göstərdi: “Serj Sarkisyan da hakimiyyətə seçkilərdə kütləvi saxtakarlıq etməklə gəlmişdi. Hələ o zaman seçkiləri müşahidə edən müxtəlif institutlar, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar seçkilərin saxtalaşdırıldığını, Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etməmişdilər. Əlbəttə, bu, həmin qurumların ikili standartlarla, bir çox hallarda isə xristian təəssübkeşliyindən çıxış etməsinin göstəricisi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü “konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, Qərb təsisatlarının ələ alınmasının nəticəsi idi”.
Millət vəkili əlavə edib ki, seçici fəallığının həmişə olduğundan daha aşağı olması erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha göstərdi. “Seçkilərin nəticəsində Ermənistanda qeyri-legitim hakimiyyət formalaşır”, - deyə R.Əliyev vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

