Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib
22.12.2018 [10:46]
“O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin ABŞ-ın Klivlend xəstəxanasından Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2013-cü il tarixli müraciətindən götürülmüş olan və cənab Prezidenti müdrikcəsinə xarakterizə edən bu sözlərinin nə qədər uzaqgörənliklə deyildiyini, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir.
Bəli, cənab İlham Əliyev ömrünü bütünlüklə bu millətin firavan həyatına, işıqlı gələcəyinə, Azərbaycan dövlətinin quruculuğuna və inkişafına həsr etmiş, həyat və fəaliyyəti böyük bir siyasi idarəetmə akademiyası qədər mükəmməl olan Ulu öndər Heydər Əliyev dühasından pay almış bir müdavimdir. O, çox yaxşı bilirdi ki, tarixin və Tanrının çox nadir hallarda yetişdirdiyi bir dahinin, dünya siyasi nəhəngləri ilə döş-döşə durmağı və siyasi proseslərin flaqmanı olmağı bacaran bir siyasi xadimin, millət atasının oğlu və davamçısıdır. O, Öz bacarığına əmin idi. Bilirdi ki, arxasında Azərbaycan xalqı, onun sevgisi və inamı durur. O, xalqın bir parçası olduğunu çox gözəl anlayır və bilirdi ki, bu xalqın, bu millətin sevinci Onun sevinci, fərəhi Onun fərəhi, kədəri Onun kədəridir. Kökə bağlılıq, Vətən sevgisi, el məhəbbəti və xalqın inamı Onun üçün qüvvət mənbəyi oldu. O, çətinliklərin və maneələrin olacağını da çox gözəl başa düşürdü. Lakin heç vaxt çətinlikləri və maneələri görüb geri çəkilmək yolunu tutmadı. Əksinə, çətinlik və maneələrin üstünə getmək, onları dəf etmək yolunu seçdi. O, qarşısına çıxan hər cür çətinlikləri rəhbəri olduğu xalqın gücü ilə dəf etməyi bacardı. Məhz Onun yorulmaq bilməyən səyləri sayəsində doğma Azərbaycanımız çox qısa zaman kəsiyində həm siyasi, həm də iqtisadi cəhətdən regionun lider dövlətinə, siyasi məsləhətləşmələrin güc mərkəzinə, iqtisadi inkişafın ruporuna çevrildi. Onun hakimiyyətə gəlişi ilə insanların həyatında, güzəranında müsbət dəyişikliklər daha da artmağa başladı. Məmləkət insanı yaşam eşqinə və yaradıcı gücünə güc qatan yeni həyat reallıqlarına qovuşdu.
Dünyanın əksər ölkələrində adətən bu və ya digər ictimai-siyasi formasiya başqası ilə əvəzlənəndə siyasi və iqtisadi kataklizmlər qaçılmaz olur. Repressiyalar və qan-qırğın baş alıb gedir. Tarixən belə olub. Halbuki ölkəmizdə aparılan doğru və dürüst siyasət nəticəsində bizim üçün keçid mərhələsi də ciddi ağrı-acı olmadan tarixə çevrildi. Müdriklərin gözəl bir deyimi var: “Siyasətin açarı iqtisadiyyatın cibindədir”. Aparılan düzgün siyasət, mükəmməl idarəetmə bacarığı tezliklə ölkədə güclü iqtisadi inkişafa səbəb oldu. Qısa bir zamanda ölkə böyük tikinti meydançasına, quruculuq və abadlıq işlərinin əsl ünvanına çevrildi. İnsanlar aparılan doğru və dürüst siyasətin uğurlu nəticələrini öz gündəlik həyatlarında aydınca hiss edərək məmnunluqla yaşamaqdan zövq almağa başladı. Əhalinin xidmətinə verilən yeni texnologiya, müasir qurğu və avadanlıqlarla təmin olunan çoxsaylı sosial obyektlərin, xəstəxanaların, elm və təhsil ocaqlarının, müasir idman komplekslərinin sayı durmadan artdı.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son illərdə Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda 2500 meqavat gücündə olan yeni elektrik stansiyaları tikilib. Hazırda ölkəmizin, demək olar ki, əksər bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni modul tipli elektrik stansiyaları işləyir. Ayrı-ayrı bölgələrdə yeni-yeni su elektrik stansiyaları tikilib və bu gün də tikilməkdədir. Fərəhli haldır ki, görülən bu tədbirlər sayəsində ölkəmiz elektrik enerjisinin idxalçısından ixracatçı ölkəyə çevrilib. Bir sözlə, Azərbaycan energetikası sahəsində möcüzəyə bərabər sıçrayış olub. Qonşu dövlətlər olan Rusiya, İran və Gürcüstanla elektrik xətlərimiz birləşdirilib. Qardaş Türkiyəyə elektrik ixrac etmək üçün geniş imkanlar yaranıb.
Qazlaşdırmaya gəlincə, rəsmi statistikaya görə, 2004-cü ildə ölkə üzrə qazlaşma cəmi 51 faiz təşkil edirdi. Hazırda isə bu rəqəm artıq 95 faizi ötüb. Bu gün Azərbaycanın ən ucqar kəndlər də mavi qazla təmin edilib.
Azərbaycan Prezidentinin birbaşa təşəbbüsü ilə ötən illər ərzində, demək olar ki, bütün rayon və şəhərlərimizdə su təchizatı və kanalizasiya şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması istiqamətində çoxsaylı, həm də olduqca iritutumlu layihələr uğurla həyata keçirilib. Oğuz-Qəbələ-Bakı su kəməri də məhz belə iri və tarixi əhəmiyyəti olan layihələrdəndir. Sevindirici haldır ki, əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Bununla da ölkə əhalisinin içməli suya olan tələbatındakı problemlər artıq arxada qalmışdır. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçayda tikilən nəhəng su anbarları isə kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin yerlərinin su ilə təminatı üçün fermerlərimizə edilən böyük ərməğan kimi dəyərləndirilməlidir.
Su çəkmək, yol və körpü salmaq böyük savabı olan əməl hesab olunur. Ulu öndər Heydər Əliyevin təbirincə desək, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, hər şey deməkdir. Bəli, yeni yollar, bu yolları qovuşduran yeni-yeni körpülər ən ucqar rayon, şəhər və kəndlərimizin iqtisadi cəhətdən uzunmüddətli inkişafı və mədəni cəhətdən yüksəlişi üçün ilkin təməldir. Görün, müstəqillik illərində Azərbaycanda nə qədər yollar salınıb, körpülər inşa olunub. Bu infrastrukturlara milyardlarla manat vəsait xərclənib. Bakı-Quba, Bakı-Qazax, Bakı-Lənkəran, Bakı-Şamaxı istiqamətlərində olan magistral yollarımız, onların üzərindəki körpülər bir yana, hələ görün rayonlararası və kəndlərarası nə qədər yollar yenidən qurularaq asfalt örtüyü vurulub. Nə vaxtsa Şəki ərazisindən axan və az qala eni ilə uzunluğu bir olan dəlisov Şin çayı üzərində bir neçə kilometr uzunluğunda körpülər salınacağı çoxlarına yuxu kimi görünə bilərdi. Amma bu, artıq reallıqdır. Elə Qax ərazisindən axan Kürmük çayı, Zaqatala ərazisindən keçən Lahıc çayı və çoxsaylı digər çaylar üzərində salınan körpülər və bu istiqamətdə çəkilən rahat yollar da son illərədək o bölgədə yaşayan on minlərlə sakin tərəfindən ancaq xəyal edilə bilərdi. Təqdirəlayiq haldır ki, son illərin layihələri olan belə yeni yollar və körpülər şəbəkəsi respublikanın bütün rayonlarını əhatə edir.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox mühüm layihələrdən daha biri - Ələt Dəniz Limanı da artıq istifadəyə verilmək ərəfəsindədir. Qeyd etməliyik ki, bu liman olmasaydı, ölkəmiz nəqliyyat dəhlizinin mərkəzinə çevrilə bilməzdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir”.
Ötən illər ərzində ölkəmizdə hava nəqliyyatının inkişafı sahəsində də möhtəşəm dəyişikliklər baş vermişdir. Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran, Yevlax, Zaqatala aeroportları yenidən qurularaq sərnişinlərin ixtiyarına verilmişdir. Bakıətrafı dairəvi yol, paytaxtımızın, demək olar ki, hər gün sürətlə yeniləşməkdə və daha da abadlaşmaqda olan küçə, prospekt və meydanları, tıxac probleminin həlli istiqamətində çox mühüm rolu olan çoxsaylı körpülər və mürəkkəb yolötürücü qovşaqlar - bütün bunlar möhtərəm cənab Prezidentimizin yol infrastrukturunun inkişafına nə dərəcədə önəm verdiyinin bariz göstəriciləridir. Əsrin tikintiləri olan və paytaxtımızın yaraşığına çevrilən Heydər Əliyev Mərkəzi, Olimpiya Stadionu, Bakı Konqres Mərkəzi, Xalça Muzeyi, Muğam Mərkəzi və Alov qüllələri təkcə Azərbaycan milli memarlığının deyil, bütövlükdə müasir dünya arxitekturasının nadir inciləridir.
Ötən illər ərzində regionların sosial- iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın şəhər və rayonlarında da dünya standartlarına uyğun milli memarlıq üslubunda olan çoxsaylı inzibati və sosial obyektlər, yaşayış binaları tikilib. İnsanların asudə vaxtlarını səmərəli təşkil etmək üçün hər yanda yeni-yeni müasir istirahət mərkəzləri və parklar salınıb. Ölkəmiz az vaxtda Cənubi Qafqazın başlıca turizm və səyahət zonası kimi tanınmaqla yanaşı, həm də sabitliyin, sülhün və qardaşlığın əsl ünvanına çevrilib. Görün son illər müasir innovasiya və texnologiyalara uyğun nə qədər yeni iş yerləri açılıb. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan qısa bir zamanda dünyanın ixracatçı dövlətləri sırasına qoşulub.
Görülən təxirəsalınmaz tədbirlər və göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr qazanılmaqdadır. Aqrar sektorun inkişafı üçün fermerlərə gübrələr, dərman preparatları, maşın və traktorların güzəştli qiymətlərə satılması və kənd təsərrüfatı ilə məşğul olan insanlara subsidiyalar ayrılması da öz bəhrəsini verdi. Aqrar sektorda işlərin daha səmərəli təşkili məqsədilə yeni-yeni aqroparklar yaradılıb. Kəndli-fermerlər yeni, daha məhsuldar toxum sortları ilə təmin edilib. Daha məhsuldar cins mal-qara növlərinin alınıb gətirilməsi üçün heyvandarlara göstərilən dövlət qayğısı bir an belə əskik olmayıb. Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddətə, həm də daha təhlükəsiz saxlamaları üçün əksər rayonlarda çoxsaylı iritutumlu soyuducu anbarlar tikilib. Əhalinin bostan və tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanaların salınmasına dövlət qayğısı daha da artırılıb. Regionlarda tərəvəzçiliyin və bağçılığın inkişafına dövlət qayğısı hər yerdə və hər an hiss olunmaqdadır. Bütün bunların nəticəsidir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın yaşamış olduğu çörək və ərzaq qıtlığı artıq acı xatirəyə çevrilmişdir.
Cənab Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq, eləcə də əhalinin yeni iş yerləri ilə təmin edilməsi, regionlarda əhalinin təkcə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təbəqəsinin deyil, eyni zamanda, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədi ilə çoxsaylı sənaye parkları, sənaye məhəllələri yaradılmışdır. Neftçala, İmişli, Mingəçevir, Şəmkir, Sabirabad, Masallı və Hacıqabulda yeni sənaye müəssisələri fəaliyyətə başlayaraq ölkə iqtisadiyyatının gücünə güc qatmaqla region əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün real təminata çevrilmişdir. Artan iqtisadi inkişaf uğurlu dövlət siyasətinin tərkib hissəsi olduğundan təbiidir ki, insanlar da öz məmnunluğunu dövlət siyasətinə, onun başçısına prezident seçkiləri zamanı verdikləri səs, göstərdikləri siyasi fəallıq və prinsipial mövqe ilə ifadə etmiş oldular. Bir sözlə, Azərbaycanda xalq öz Prezidentinin yanında, Prezident isə xalqın ürəyində, qəlbində qərar tutub. Bu isə o deməkdir ki, xalq-hakimiyyət, hakimiyyət-xalq birliyi Azərbaycanda hər yanda və bütün sahələrdə öz parlaq nəticələrini göstərməkdədir.
Heyrət doğuran daha bir Azərbaycan reallığı dünyada siyasi və iqtisadi kataklizmlərin, bir sıra oturuşmuş dövlətlərdə vətəndaş müharibəsinin, məxməri inqilabların baş verdiyi, siyasi intriqaların qanlı savaşlarla nəticələndiyi bir zamanda Azərbaycanın sülhün, sabitliyin və iqtisadi inkişafın yeni və dəyişməz ünvanına çevrilməsi oldu. Dünyanın bir sıra ölkələrini maliyyə böhranı bürüdüyü bir zamanda Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzaladı. Prezidentin bundan əvvəl imzaladığı digər Dövlət proqramları kimi, bu proqram da artıq uğurla yerinə yetirilməkdədir. Bu isə yeni istehsal sahələrinin işə düşməsi, minlərlə insanın iş yerləri ilə təmin olunması, büdcə gəlirlərimizin artımını təmin edəcək yeni-yeni maliyyə mənbələrinin dövriyyəyə girməsi, rayon, şəhər və kəndlərimizin daha da abad olması, ən başlıcası isə, insanların daha firavan həyata qovuşması deməkdir. Bütün bunlar, hər şeydən əvvəl, xalqın sevgisi, aparılan düzgün siyasətin, güclü, mütərəqqi və demokratik idarəetmə qabiliyyətinin, eyni zamanda, özünə inamın nəticəsi kimi dəyərləndirilə bilər.
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin belə bir məşhur deyimi var: “Soruşma ki, Vətən sənin üçün nə edib, de ki, sən özün Vətən üçün nə etmisən”. Bu mənada, möhtərəm Prezidentimiz nə edirsə, ölkənin, millətin taleyi və istiqbalı üçün edir. Həyatda evsizə ev verməkdən, qəlbi sındırılmış bir insanı sevindirməkdən, məzlumun dərdinə əlac etməkdən savab iş nə ola bilər?! Dünyanın hansı ölkəsində dövlət jurnalistlərə, elm və sənət adamlarına xüsusi təqaüd və əvəzi ödənilmədən mənzillər verir?!
Qaçqın, məcburi köçkün ömrü yaşamaq ağır dərddir. Dünyanı bürüyən haqsızlıq və ədalətsizliklər ucbatından bir milyondan artıq soydaşımız artıq 30 ildir ki, bu acı taleyi yaşamaqdadır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı işğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına dönməsi üçün yorulmaq bilmədən səylər göstərir. O, bütün səviyyələrdə olan görüş və söhbətlərində xalqı əmin edir ki, bir qarış belə Azərbaycan torpağı düşmən tapdağı altında qalmayacaqdır. Xalq da öz Prezidentinə inanır, Onun siyasətini və qərarlarını ürəkdən dəstəkləyir. Hamı və hər kəs, o cümlədən qaçqın və məcburi köçkün ailələri qəti olaraq əmindirlər ki, əgər işğal altında olan ərazilərimizin sülh və danışıqlar yolu ilə azad edilməsi mümkün olmasa, o zaman torpaqlarımız hərb yolu ilə, ordumuzun gücü ilə geri qaytarılacaqdır. Xalqımız əmindir ki, hərbi-texniki təchizat və mənəvi-psixoloji cəhətdən hazırda dünyanın ən güclü və hazırlıqlı orduları sırasında duran Azərbaycan Ordusu hər an bu şərəfli vəzifəni icra etməyə qadirdir.
Bəli, Ulu öndər Heydər Əliyev tərəfindən başlanan ordu quruculuğu işi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda nümayiş olunan ən müasir hərbi texnika və qurğular bunu bir daha göstərdi. Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ordumuzun hərbi-texniki potensialını gördü. Belə bir ordusu olan xalq necə də fəxr etməsin?!
Məni bir vətəndaş və ziyalı olaraq daha artıq təsirləndirən məqamlardan biri də odur ki, cənab Prezident nə qədər çətin olsa belə, Qarabağ probleminin həlli istiqamətində danışıqları davam etdirməklə və Ali Baş Komandan kimi ordunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin gündən-günə daha artıq yüksəldilməsini təmin etməklə yanaşı, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılması istiqamətində də davamlı olaraq çox ciddi tədbirlər həyata keçirməkdədir. Tərtərdə, Füzuli rayonunda, Sumqayıtda, Abşeron rayonunun Müşfiqabad və Qobu qəsəbələrində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni, müasir şəhərciklər dövlətin öz vətəndaşına olan qayğısının bariz göstəricisidir. Hansı ki, cənab Prezident həmin şəhərciklərin hamısının təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməklə o insanların dərdinə də, sevincinə də ürəkdən şərik olduğunu əyani şəkildə nümayiş etdirib. Dövlət başçısının səmimiyyətinə və həssaslığına baxın ki, O, bir sıra hallarda Özünün doğum günlərini belə ailəliklə qaçqın və məcburi köçkünləri ziyarətdə keçirib. Mən cənab Prezidentin 2011-ci il dekabr ayının 24-də, yəni Özünün ad günündə Gəncə şəhərində, 2013-cü il dekabr ayının 24-də isə Ağcabədi rayonunun Taxtakörpü ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni şəhərciklərin açılış mərasimlərində iştirak etdiyini, yeni mənzil alan ailələrə xeyir-dua verdiyini bu gün də çox yaxşı xatırlayıram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanda xalqla dövlətin və dövlət başçısının sarsılmaz birliyinin bünövrəsində hər şeydən əvvəl məhz cənab Prezidentin insanlara münasibətdə sərgilədiyi sadəlik, səmimilik və həssaslıq durur.
Bu gün Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonları da, sözün əsl mənasında, abadlıq və quruculuq meydanını xatırladır. Qədim Gəncə sürətlə böyüyərək daha da gözəlləşir. Xəyalların gerçəkləşdiyi şəhərə çevrilən Sumqayıt bu gün ölkə Prezidenti cənab İlham Əliyevin məxsusi diqqət və qayğısının nəticəsi olaraq abadlıq və quruculuq işlərinin simvoluna çevrilib. Son illərdə infrastrukturun yenilənməsi və dünya standartlarına cavab verən modern istehsal sahələrinin yaradılması nəticəsində ölkənin makroiqtisadi göstəricisində Sumqayıtın çəkisi əhəmiyyətli dərəcədə artıb. Müasir innovasiya və texnologiyalar əsasında idarə olunan Sumqayıt texnoparkı ölkəmizin xarici investorlarla birgə inşa etdiyi ilk müştərək Almaniya-Azərbaycan müəssisəsidir. Sumqayıtın yeni sənaye nəhənglərindən olan Kimya Sənaye Parkında istehsal olunacaq məhsullar ölkəmizin tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac olunacaq. Çox yaxın zamanlarda kənd təsərrüfatı ilə məşğul olan sahibkarların baha qiymətlərlə İran, Gürcüstan və Rusiyadan aldıqları karbohidratlar Sumqayıtda istehsal olunacaq. Həyata keçiriləcək bu layihə nəticəsində daha 2000 insan yeni iş yeri ilə təmin olunacaq, ölkəmizin iqtisadi qüdrətinə yeni güc qatılacaq. Bu, ölkədən kifayət qədər böyükhəcmli kapital axınının qarşısını alacaq.
Məşhur ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill yazırdı: “Dövlət xadiminin siyasi xadimdən fərqi ondadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.
Ölkə Prezidenti, xalqın sevimlisi cənab İlham Əliyev də Öz fəaliyyətini əsl dövlət xadimi kimi qurmağı bacardı. O, seçkiləri deyil, gələcək nəsilləri düşündü. Cənab Prezident vaxtında qətiyyətli qərarlar qəbul etdi. O, Azərbaycan iqtisadiyyatını yenidən quraraq, xalqımızın əmək hünərləri estafetini gələcək nəsillərə ötürmək üçün gecəsini gündüzünə qataraq, bu xalq, bu millətlə birlikdə uğurlu iqtisadi inkişafa imza atmağı bacardı.
Sevindirici haldır ki, birbaşa ölkə Prezidentinin hərtərəfli qayğısı və nəzarəti şəraitində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində bu gün Azərbaycanın ən ucqar rayon mərkəzləri də modern şəhər statusuna iddialıdır. Özü də şəhər və kəndlərimizdə təkcə sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq baxımından deyil, eyni zamanda, əhaliyə göstərilən xidmət baxımından da heyrətamiz dəyişikliklər baş verib. Səyyar “ASAN xidmət” qatarları respublikanın ən ucqar yaşayış yerlərinə, necə deyərlər, insanlarımızın ocaqlarının başına qədər gedib çıxdı. Dünyanın bir sıra mütərəqqi dövlətləri tərəfindən maraqla öyrənilən bu xidmət növünü iftixarla əsl Azərbaycan brendi adlandıra bilərik.
Sovet dönəmində cəmi bir televiziyası və bir radiosu olan Azərbaycanda bu gün 10 ümumrespublika yayımçısı olan televiziya, 13 regional televiziya, 3 peyk yayımçısı olan televiziya, 17 kabel televiziyası, 25-dən çox İP televiziya, ümumrespublika yayımçısı olan 13 radio və 3 regional radio fəaliyyət göstərməkdədir. İnsanları maarifləndirən, onları məlumatlandıran, düşündürən və həm də əyləndirən bu nəhəng infrastrukturda 10 min nəfərdən çox mütəxəssis çalışır. Bu yolla da Azərbaycan həqiqətləri dünyaya, dünya reallıqları isə Azərbaycan insanına çatdırılır. Prezident İlham Əliyevin səyləri və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada az sayda olan kosmik dövlətlər sırasında da özünə yer alıb. 2013-cü ildə kosmosa çıxarılan “Azerspace-1” rabitə peykinin xidmətindən bu gün Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələri də istifadə etməkdədir. 2015-ci ildən etibarən “Azersky” peyki Azərbaycanın müdafiəsi və təhlükəsizliyi məqsədilə kosmosa buraxılıb. Bu yaxınlarda daha bir rabitə peykimiz - “Azerspace-2” kosmosa çıxarıldı. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ulu öndərin Özü qədər inandığı və gələcəyinə böyük ümid bəslədiyi siyasi varisi bütün parametrlər üzrə Onun ümidlərini çox yüksək səviyyədə doğrultmaqla bütövlükdə Azərbaycan xalqının sevimlisinə və qürur yerinə çevrilib. Fəxarət hissi ilə onu da deməliyəm ki, cənab Prezident Özünün müasir düşüncəsi və sülhsevər xarici siyasəti ilə dünya xalqlarının və liderlərinin də dərin sevgi və rəğbətini qazanmışdır. Onun dünyanın müxtəlif ölkələrinə davamlı olaraq həyata keçirdiyi rəsmi səfərlər, Bakıda baş tutan ikitərəfli və çoxtərəfli görüşlər, danışıqlar və qlobal sammitlər də, sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun və dünya siyasiləri tərəfindən cənab Prezidentin şəxsiyyətinə və xidmətlərinə olan dost və isti münasibətin göstəricisidir. Xoş haldır ki, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Belarus, Qazaxıstan, Gürcüstan və neçə-neçə digər dövlətlərin başçıları ikitərəfli və çoxtərəfli görüşlər zamanı əksər hallarda Azərbaycan Prezidentinə “əziz dostum və qardaşım” deyə müraciət edirlər. Sözsüz ki, bu cür hörmət, ehtiram və etibar qazanmaq heç də hər dövlət başçısına nəsib ola biləcək xoşbəxtlik deyil. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, onun Prezident İlham Əliyevin şəxsində dünya liderləri tərəfindən xüsusi hörmət və ehtiram göstərilən parlaq siyasi lideri var. Azərbaycan Prezidentinin yüksək insani keyfiyyətləri, son dərəcə səmimi və ünsiyyətcil olması, ikitərəfli və çoxtərəfli görüş və sammitlərdə etibarlı dost və tərəfdaş kimi çıxış etməsi dünya liderlərinin Ona olan inam və rəğbətini getdikcə daha da artırmaqdadır. Bu isə həm də Azərbaycan dövlətinə və Azərbaycan xalqına olan inam və rəğbətin göstəricisi deməkdir.
Etiraf edək ki, dünyanın bir çox dövlət başçıları və nüfuzlu siyasətçiləri ilə cənab Prezident arasındakı yüksək səviyyəli şəxsi dostluq əlaqələri təkcə regionumuzda deyil, bütövlükdə dünyada hökm sürən ab-havaya da təsir edir. Prezidentimizin beynəlxalq münasibətləri dərindən təhlil etmək və həlledici anlarda düzgün qərarlar qəbul etmək bacarığı, hər yerdə və hər zaman dövlətimizin, dostlarımızın və müttəfiqlərimizin maraqlarını layiqincə müdafiə etməsi hər bir Azərbaycan vətəndaşını intəhasız dərəcədə qürurlandırır. 2014-cü ilin aprel ayında Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Ermənistanın sabiq prezidenti S.Sarkisyan qardaş Türkiyənin ünvanına hədyanlar söyləyərkən Azərbaycan Prezidenti ona olduqca sərt cavab verdi: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Cənab Prezidentin məqamında demiş olduğu bu sərt sözlər tək Ermənistan rəhbərliyinə yox, lap elə Ermənistanın işğalçılıq siyasətinə aşkar və ya gizli surətdə havadarlıq edənlərə ünvanlanan mesaj idi. Bu, yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə çatmasında möhtərəm cənab Prezidentimizin xüsusi səyi və xidmətləri olduğundan xəbər verir. Bütün bunlardan isə belə bir məntiqi nəticə hasil olur ki, bəli, Azərbaycan Prezidenti təkcə Öz ölkəsinin daxilində deyil, xalqları, dövlətləri bir-birinə yaxın, dost, tərəfdaş və müttəfiq edən çağırışları ilə elə beynəlxalq səviyyədə də quruculuq missiyasını uğurla həyata keçirməkdədir.
Maraqlıdır, hər dəfə əlimə qələm alıb möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikamızın bütün sahələrdə əldə etmiş olduğu uğurlar barədə yazmaq qərarına gələndə qeyri-ixtiyari olaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına ünvanladığı 1oktyabr 2003-cü il tarixli müraciətində yer alan “mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı yadıma düşür. Necə də sərrast və uzaqgörənliklə ifadə olunub. Qürurverici haldır ki, Ulu öndərin siyasi varisi Onun bütün ümidlərini tam mənada doğrultmaqla yanaşı, həm də Azərbaycan xalqının hamılıqla güvəndiyi, razı qaldığı, həmrəy olduğu və müdafiə etdiyi nüfuzlu siyasi lider və dövlət başçısı - Prezident oldu.
Azərbaycan xalqı özünün daha parlaq gələcəyinin qarantı olan möhtərəm cənab Prezidentə dönə-dönə minnətdardır ki, O, doğma respublikamızın Ulu öndərin müəyyən etdiyi strateji yolla irəliləyərək, daha da inkişaf edərək çiçəklənməsi üçün əlindən gələni əsirgəmir. Əlbəttə ki, son 15 il ərzində respublikamızın bütün sahələrdə əldə etmiş olduğu uğurların arxasında, hər şeydən əvvəl, Azərbaycan xalqının yaddaşında Qurucu Prezident kimi əbədiləşən gənc, enerjili, qətiyyətli və son dərəcə tədbirli siyasi lider olan dövlət başçımızın titanik fəaliyyəti və gərgin zəhməti durur.
Qafar CƏBİYEV,
Milli Televiziya və Radio Şurası sədrinin müavini,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
tarix elmləri doktoru
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

