Prezident İlham Əliyev dövlətimizi və xalqımızı xoş gələcəyə aparan liderdir
22.12.2018 [10:48]
İradə Hüseynova,
YAP Siyasi Şurasının üzvü, professor
XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq Ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.
Müasir Azərbaycan tarixində açılan yeni səhifələrdən biri 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ilə başladı. Bu, eyni zamanda Azərbaycanın siyasi inkişaf mərhələsində yeni eranın - Heydər Əliyev erasının başlanması demək idi.
1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu. Azərbaycanın dünyanın siyasi xəritəsindən bir dövlət kimi silinməkdən xilas olması Ümummilli liderin müasir Azərbaycanın memarı kimi cahanşümul fəaliyyətinin bariz nəticəsi idi.
Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Ulu öndər Heydər Əliyevin parlamentə Sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlanırdı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı.
Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən Qərb dövlətləri ilə ikitərəfli münasibətləri, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə başladı, eyni zamanda ölkədə yaranmış müxtəlif səpkili problemlərin aradan qaldırılması istiqamətində köklü və düşünülmüş islahatların bünövrəsini qoydu.
Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.
Ulu öndər Heydər Əliyev iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya işləyib hazırladı. Ulu öndərin yeritdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycanın malik olduğu təbii sərvətləri, zəngin karbohidrogen ehtiyatları onun əsl sahibinə - Azərbaycan xalqına verildi. Azərbaycanın əsas sərvətinə - neft amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. Ümummilli lider Heydər Əliyevin düşünülmüş müdrik siyasətinin bəhrəsi olan bu müqavilənin və sonralar imzalanmış digər neft müqavilələrinin uğurla reallaşdırılması gənc müstəqil Azərbaycan dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmağın yeganə düzgün yolu idi. Ulu öndərin yeni iqtisadi strategiyasının prinsipial məqamlarından biri də o idi ki, neftə məqsəd deyil, vasitə kimi baxılırdı. Neft hasil edən, lakin heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələrin təcrübəsinə yaxından bələd olan Ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neftlə bağlamırdı, O, qeyri-neft sektorunun daha sürətli inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Ona görə də Ulu öndər respublikanın enerji sisteminə də xüsusi diqqət və həssaslıq göstərirdi. Sosial-iqtisadi həyatın mühüm sahələrindən olan elektroenergetikada dayanıqlı inkişafı təmin etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdı. Ulu öndər Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.
Bütün bunlar təsdiqləyir ki, Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndərimiz Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Ulu öndər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, Onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.
Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr Prezident İlham Əliyevin parlaq fəaliyyəti və uğurlu illər kimi yadda qalacaqdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin fundamentini Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti təşkil edir. Hazırlanan Dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yaranmışdır.
Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə yalnız Ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
Bu gün Azərbaycanda həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, elm və s. sürətli inkişaf müşahidə olunmaqdadır. Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən edən strateji fəaliyyət istiqamətidir. Xüsusilə, qloballaşma dövründə yeni informasiya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı bir mühitdə hər bir cəmiyyətin inkişafında təhsilin və elmin rolu danılmazdır. Ölkə Prezidenti İlham Əliyev haqlı olaraq vurğulayır ki, “biz iqtisadi potensialımızı intellekt potensialına çevirməliyik”. Müasir təhsil sistemini keçmiş təhsil sistemindən fərqləndirən cəhət onun məhz milli xarakter daşımasıdır. Millilik ölkənin inkişaf perspektivlərinə, xalqımızın mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır.
Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı gələcəyimiz olan sağlam, savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi kimi strateji məqsəd daşıyır. Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanları təhsilin, səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.
Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş zəngin ənənələrə, Ulu öndərin zəngin irsinə sadiqlik nümunəsi kimi Heydər Əliyev Fondu da bütün bu istiqamətlərin inkişafına öz tarixi töhfələrini verməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbəri olduğu bu Fond ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi diqqət yetirir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu sahədə görülən işlərdən biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib.
Ümummilli lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək: “Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”. Azərbaycan xalqı sabit və dayanıqlı inkişafı təmin edən bu yolu bəyənir və əməli şəkildə dəstəkləyir.
Dövlətimizin başçısı Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu vurğulayaraq demişdir: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.
Fəxr edirik ki, Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev son 15 ildə modernləşməni, yeniləşməni həyata keçirilən siyasətin əsası kimi dəyərləndirərək, təkmil islahatları ilə Azərbaycanı irəliyə aparır.
Məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirir, Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur. Qətiyyətlə demək olar ki, məhz bu düşünülmüş siyasət respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edir.
Əsas təməlləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil ölkəmizdə bu gün xalq-iqtidar birliyi var və Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Bizim hər birimiz sosial mənşəyimizdən, milliyyətimizdən, tutduğumuz vəzifədən asılı olmayaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və Azərbaycan dövlətinin inkişafı, çiçəklənməsi, xoş gələcəyi uğrunda yorulmadan fəaliyyət göstərməliyik!
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

