/ / Prezident Administrasiyasının rəsmisi: Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır
Prezident Administrasiyasının rəsmisi: Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır
15.01.2019 [10:38]
İşğala əsaslanan status-kvo qəbuledilməzdir. Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” televiziyasına müsahibəsində deyib.
Şöbə müdiri münaqişənin fundamental əsasını Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti təşkil etdiyini vurğulayıb, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədildiyini, milyondan çox azərbaycanlının hələ də qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldığını deyib. O əlavə edib ki, münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və digər sənədlərdə təsbit olunduğunu deyən H.Hacıyev Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra münaqişənin siyasi həlli üçün imkanların yarana biləcəyini diqqətə çatdırıb.
Düşənbə Zirvə toplantısına toxunan şöbə müdiri Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətin olduğunu xatırladaraq Azərbaycan Respublikasının öz konstruktiv mövqeyini bir daha nümayiş etdirdiyini bildirib. Əlavə edib ki, Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdir. Belə ki, Azərbaycan 26 ildən çoxdur işğaldan əziyyət çəkir. Prezident Administrasiyasının rəsmisi hazırda münaqişənin həlli üçün əlverişli imkanların olduğuna diqqəti çəkərək Ermənistanın hökumət formalaşdıqdan sonra problemin həlli istiqamətində addımlar atmalı olduğunu qeyd edib.
Aparıcının “Etnik barışıq mümkündürmü” sualına cavab verən şöbə müdiri bildirib ki, Azərbaycan özünün multikultural dəyərləri və tolerantlıq mədəniyyəti ilə fəxr edir. Münaqişənin həlli prosesi çərçivəsində etnik barışıq çətin və vaxt tələb edən məsələ olsa da, bu, mümkündür. Bunun üçün, ilk növbədə, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu əsnada etimad quruculuğu tədbirləri həyata keçirilə, hərtərəfli regional əməkdaşlıq bərpa oluna və etnik barışıq təmin edilə bilər.
Hikmət Hacıyev hazırda Ermənistanın təcrid vəziyyətində olduğunu, nəqliyyat imkanlarına çıxışı olmadığını deyərək, münaqişənin həlli nəticəsində Ermənistanın regional əməkdaşlıq imkanlarından faydalana biləcəyini deyib. Eyni zamanda, o, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməli, qonşu dövlətlərə münasibətdə beynəlxalq hüquqa əsaslanan siyasət yürütməli və Ermənistan hakimiyyətinin öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalı olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

