Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub

Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub

16.01.2019 [10:13]

Koreya Respublikasının nüfuzlu “The Korea Times” və “The Korea Herald” qəzetləri 1990-cı ildə Bakıda baş verən Yanvar hadisələrindən bəhs edən məqalələr yayıblar.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan müstəqillik mübarizəsində ölənləri yad edir” və “Azərbaycan 1990-cı il qanlı Yanvar şəhidlərini xatırlayır” adlı məqalələrdə keçmiş sovet dövlətinin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əmri ilə azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törədilən cinayətkar əməllərdən bəhs edilir. Bildirilir ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, 5 nəfər itkin düşüb, təxminən 800 nəfər yaralanıb, bir o qədərə sakin qanunsuz həbs edilib.
Koreya qəzetləri yazır ki, sovet qoşunlarının həmin əməliyyatı bir çox beynəlxalq konvensiya və sənədin tələblərini pozub.
Yazılarda həmin qanlı hadisələrin Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədiyi vurğulanır, 1991-ci ilin oktyabrında Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Bildirilir ki, o vaxtdan bəri Azərbaycan xalqı hər il yanvarın 20-də azadlıq və müstəqillik yolunda qurban gedənlərin xatirəsini ehtiramla yad edir.

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31