"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
18.01.2019 [15:57]
“Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli, mənasız, sifarişli qətnamə və qərar qəbul etməsinin arxasında bu parlamentin üzvü olan muzdlu deputatların fəaliyyəti dayanır. Həmin şəxslər Azərbaycanı sevməyən qərəzli qüvvələrin sifarişlərini yerinə yetirirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, Avropa Parlamentində özlərinə isti yer tapan bəzi şəxslər ölkəmizə qarşı daim qara yaxma kampaniyası həyata keçirməyə cəhd edən erməni təşkilatları, diasporu, lobbiləri, “Soros” Fondunun maliyyələşdirdiyi müəyyən qurumların ianələri hesabına Azərbaycana qarşı qərəzli qətnamə və qərarlar qəbul edirlər.
Qətnamənin əsassız olduğunu deyən E. Məmmədov söyləyib ki, bir şəxslə görə belə “narahat” olanlar niyə Fransada həbsxanalara doldurulan 5 mindən çox nümayişçi haqqında söz demir:
“Fransada baş verənlər nəticəsində həyatını itirən yüzlərlə xəsarət alanlar var. Avropa Parlamentində Azərbaycana qarşı qətnaməyə səs verən, sənədi hazırlayan deputatlar kordular niyə bunları görmürlər? Niyə illərdir yandırılan məscidlər, müsəlman mühacirlərinə qarşı edilən təzyiqlər haqqında danışmırlar? Azərbaycana qarşı sənədə səs verən deputatların təmsil olunduğu ölkələr Aralıq dənizini miqrant qəbiristanlığına çeviriblər heç bu haqda danışan və ya qətnamə qəbul edən də yoxdur. Bütün bunlar Azərbaycan qarşı yenə də ikili standartlığın, şər, böhtan kampaniyasının göstəriciləridir. Onlar bu cür yollarla ölkəmizdə qarışıqlıq salmaq, dövlətçiliyi zəiflətmək, ictimai asayişi pozmağa cəhd edirlər”.
Deputat bildirib ki, Azərbaycana qarşı müxtəlif oyunlardan istifadə etmək istəyənlər hər zaman olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər: “Çünki, Azərbaycanda xalq-iqtidar birliyi təmin olunub. Ölkə iqtidarı özünün bütün fəaliyyətini xalqının rifah halının, həyat səviyyəsinin yaxşılaşdırmasına yönəldib”.
E.Məmmədov əlavə edib ki, ölkəmizə qarşı həyata keçirənlərin oyunların arxasında duran əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdır: “Avropada Azərbaycanı sevməyən, düşmən mövqeyində olan strukturlar ölkəmizlə Rusiya, Rusiya-Azərbaycan-Türkiyə, Rusiya-Azərbaycan-İran münasibətlərindən narahat olmağa başlayıblar. Onlar görür ki, ölkəmiz həyata keçirdiyi iri layihələr hesabına beynəlxalq nəqliyyat dəhlizinə çevrilib, güclənib və bütün bunlar sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə daha da yaxınlaşıb. Ermənipərəst qüvvələr bizim bu işimizə mane olmağa, torpaqlarımızın işğal altında qalmasına çalışırlar”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

