/ / Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
19.01.2019 [10:22]
Ekspertlərin qənaətinə görə, ölkəmizdə reallaşdırılan struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək
Yüksək beynəlxalq nüfuza malik, regional güc mərkəzi olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter daşıyır, əldə edilən göstəricilər inkişafın davamlı olacağını əminliklə söyləməyə əsas verir. Yola saldığımız 2018-ci il də Azərbaycan üçün olduqca uğurlu olub, bütün sahələrdə ardıcıl islahatlar və məqsədyönlü tədbirlər müvəffəqiyyətlə davam etdirilib.
O da qeyd edilməlidir ki, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, yığcam, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər 14 yanvar 2019-cu il tarixində, istərsə də ondan sonrakı günlərdə struktur islahatları ilə bağlı imzaladığı müvafiq fərmanlar xüsusi əhəmiyyətə malikdir. Ekspertlər qeyd edirlər ki, ölkəmizdə reallaşdırılan struktur islahatları dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, Prezident İlham Əliyevin son günlərdə struktur islahatları ilə bağlı imzaladığı müvafiq fərmanlar ölkəmizin hazırkı inkişaf mərhələsində meydana çıxan çağırışlara tam uyğundur. Onun sözlərinə görə, idarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə daha da inkişafına təkan verəcək.
E.İbrahimov əlavə edib ki, Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır. “Azərbaycan dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaradır. Bütövlükdə, ölkə Prezidentinin struktur islahatları ilə bağlı müvafiq fərmanlar imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Yəni Azərbaycanın dövlət başçısı çevik surətdə struktur islahatlarını inkişaf etdirir. Azərbaycanın dinamik inkişafı ölkəmizdə yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzlənməlidir. Həmin işlərin reallaşması üçün isə sistemli islahatlar aparılmalıdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar bu kontekstdə olduqca əhəmiyyətli sənədlər olmaqla Azərbaycanda milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə tam uyğundur”, -deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə deyib ki, Azərbaycanın dinamik inkişafını təmin edən əhəmiyyətli faktorlardan biri bütün sahələri əhatə edən ardıcıl və məqsədyönlü islahatların uğurla reallaşdırılmasıdır. Onun sözlərinə görə, Azərbaycan dünyaya uğurlu inkişaf modeli təqdim edib, sosial-iqtisadi sahədə əldə edilən göstəricilər bu inkişafın davamlı xarakter daşıdığını göstərir. Millət vəkili əlavə edib ki, 2018-ci il də Azərbaycan üçün bütün sahələrdə, o cümlədən iqtisadi inkişaf baxımından uğurlu il olub. Respublikamız ötən ili bütün istiqamətlər üzrə müsbət göstəricilərlə başa vurub: “Ötən müddət ərzində ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər”.
Millət vəkili əlavə edib ki, Azərbaycanda struktur islahatları bir neçə il əvvəldən aparılır və çox mühüm, səmərəli nəticələr verməkdədir: “Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaqla yanaşı, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Şübhəsiz ki, bu islahatlar həm də iqtisadiyyatdakı çevikliyi, dinamikliyi artıracaq, bu kontekstdə qarşıya qoyulmuş məqsədlərin reallığa çevrilməsini təmin edəcək. Bazar iqtisadiyyatında rəqabət qabiliyyəti daha da artacaq, özəl sektorun inkişafı sürətlənəcək. Yəni struktur islahatları ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət baxımından da olduqca böyük önəm kəsb edir”.
Yuxarıda deyilənlər ölkəmizdə həyata keçirilən struktur islahatlarının önəmi barədə konkret təsəvvür yaradır. Ekspertlərin də bildirdikləri kimi, dövlət başçısının müvafiq fərmanları əsasında ölkəmizdə reallaşdırılan struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək.
Nurlan
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

