Bəhruz Quliyev: Meydan və küçə təfəkkürlü köhnə müxalifətin mitinq nostaljisi
26.01.2019 [10:47]
Meydan və küçə təfəkkürlü köhnə müxalifətin siyasi uğur qazanacağı haqqında düşünənlər kökündən yanılırlar və bu gün radikal qruplar özləri barədə yüksək fikirləri ilə hələ də utopik xəyallardan, nostalji hisslərdən ayrılmadıqlarını ortaya qoyurlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, hələ də 1990-cı illərin eyforiyasından ayıla bilməyən müxalifət liderlərinin indiki dövrdə də eyni çağırışlar etmələri, o cümlədən şüarlarının dəyişilməməsi, əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir: “Baxın, onlar kütləvi mitinqlərdən, itaətsizlikdən, yaxud iğtişaşlardan dəm vururlar. Amma çox gülməlidir ki, nimdaş düşüncə tərzli bu liderciklər hansı elektoratla belə iddiadadırlar? Dünyanın kosmik əsrdə tərəqqi etdiyi bir dövrdə özlərini lider adlandıranların küçə, yaxud çayxana müxalifətçiliyi dilində danışmaları müasir ictimai rəydə, eləcə də siyasi cəhətdən təfəkkürləri inkişaf edən insanlarda onlara qarşı istehza hissləri yaradır. Çünki çoxları bu gün həmin müxalifətin hakimiyyətdə olduqları zamanları unutmayıb. Məhz bu müxalifət iqtidarda olduğu zamanlarda nəinki siyasilərə, eləcə də media mənsublarına qarşı nə qədər amansızlıqlar ediblər, xoşlarına gəlməyən tənqidi yazı və məqalələrin dərc olunduğu qəzetləri jurnalistlərə zorla yedizdiriblər”.
Bəhruz Quliyev digər faktları da xatırladıb: “Bu gün çoxlarının yadındadır ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar. Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq sabitliyin, inkişaf və tərəqqinin - mövcud iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır”.
Siyasi ekspert əlavə edib ki, eyforiya və total anarxiya üzərində aparılan bənzər siyasət hər zaman məhvə, süquta və uğursuzluğa məhkum olub: “Hansı müxalifət partiyası olmasından asılı olmayaraq, əgər həmin partiyanın rəhbərliyi “mənəm-mənəmlik” prinsipindən çıxış edirsə, özünü cəmiyyətə zorla, lüzumsuz çıxışları ilə lider kimi təqdim edirsə, habelə eyforiyaya qapılaraq, total anarxiya siyasəti ilə hakimiyyətə gələcəyini hesab edirsə, belələrinin məğlubiyyəti, hətta deyərdim ki, rüsvayçı məğlubiyyəti mütləqdir. Gördüyümüz kimi, mitinqlər, aksiyalar vasitəsilə daxillərindəki çirkablıqları növbəti dəfə nümayiş etdirən bu “liderlər” 90-cı illərin həndəvərində var-gəl edirlər və bu var-gəllər faktiki olaraq nəticəsiz qalır. Yəni, fakt budur ki, biz daha öncəki illərdə də bənzər mitinqlərin, həmin mitinqlərdə bənzər ifadələrin səsləndirildiyini görmüşük. Ona görə xalq onlara inanmır”.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

