Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

01.02.2019 [09:47]

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfir Vey Cinhua ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu öndərin vətəni Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Çin-Azərbaycan əlaqələrinə diqqəti çəkən səfir Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasındakı əməkdaşlığı ikitərəfli münasibətlərə töhfə kimi dəyərləndirib. Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə Ali Məclisin Sədri Vasif Talıbova minnətdarlıq edib.
Ali Məclisin Sədri bir neçə gündən sonra Çində Yeni ilin qarşılanacağını bildirib və bu münasibətlə səfiri təbrik edib, Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrdən, xüsusilə “Huawei” şirkəti tərəfindən yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən layihələrdən danışan Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasında Çinin ölkəmizdəki səfirliyinin dəstəyini qeyd edib və əməkdaşlığın müxtəlif sahələrdə inkişafının vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31