Milli Məclisin yaz sessiyası öz işinə başlayıb
02.02.2019 [10:20]
Deputatlar yaz sessiyasının qanunvericilik işləri planını təsdiq ediblər
Fevralın 1-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib. O.Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləyir və bu istiqamətdə qanunvericilik fəaliyyətini artırıb. Onun sözlərinə görə, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq: “Bu ilin yaz sessiyasında Nazirlər Kabinetinin illik hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan əlavə, Hesablama Palatasının, Ombudsmanın, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın hesabatları dinləniləcək, eləcə də iş planına daxil olan qanun layihələri müzakirəyə çıxarılacaq”.
İclasda ilk olaraq parlamentin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb. Qeyd edək ki, İntizam komissiyasının tərkibinə Ağacan Abiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Hikmət Babaoğlu, Malik Həsənov, Sevinc Hüseynova, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil ediliblər.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.
Hesablayıcı komissiyanın tərkibinə isə millət vəkillərindən Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva seçiliblər.
Daha sonra iclasda 2019-cu ilin yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Çıxış edən millət vəkili Əflatun Amaşov Mətbuat Şurası və onlayn media haqqında qanunların hazırlanmasını təklif edib. Millət vəkili daha sonra Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulmasına etiraz edib. Onun fikrincə, bu hadisə Azərbaycan və gürcü xalqları arasında dostluğa kölgə salmaq məqsədi daşıyır. Ə.Amaşov bildirib ki, məsələ ilə bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupuna müraciət ünvanlayıb. Onun fikrincə, gürcü və Azərbaycan xalqları tarixən dost xalqlardır, aralarında heç bir ciddi konflikt olmayıb: “Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələr daha da möhkəmlənib. Azərbaycan Gürcüstan üzərindən strateji layihələr reallaşdırır, Gürcüstana böyük sərmayələr yatırır. Gürcüstanın da regionda əsas tərəfdaşı bizik. Çox təəssüf ki, bunu gözü götürməyən qüvvələr var. Onlar hər imkanda ara qarışdırmağa çalışırlar. İstəyirlər ki, gürcü və Azərbaycan xalqları arasındakı bu dostluq pozulsun. Məlum abidənin ucaldılması bunun bariz nümunəsidir”.
Milli Məclisin sədri Oqtay Əsədov da bu məsələyə münasibət bildirib: “Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın səfirini nazirliyə dəvət edib. Azərbaycanın Gürcüstandakı səfiri də həmin ölkənin Xarici İşlər Nazirliyində olub. Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və bu məsələlər öz həllini tapacaq”.
Milli Məclisin deputatı Sahib Alıyev isə çıxışında sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edib. Onun sözlərinə görə, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir. Millət vəkili qeyd edib ki, ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir: “Çünki xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunsa da, bir qrup partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir, bu prosesdən yayınırlar. Onlar bununla maliyyə dövriyyəsinin olmadığını bildirirlər. Amma əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi, çirkli pullar hesabına Azərbaycanda qanunsuz mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı alınmasa, onlar əməllərindən əl çəkməyəcəklər. Çünki pul verənlər tapşırıqlarını həmin şəxslər vasitəsilə həyata keçirirlər”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı deyib. S.Novruzov bildirib ki, Azərbaycanda asayişi pozmağa cəhd göstərənlər üçün xalq, Vətən anlayışı yoxdur: “Onlar üçün yalnız maddiyyət anlayışı var. Xaricdə oturub, ermənidən pul alanların da məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir. Hesab edirəm ki, hər birimiz onlara qarşı mübarizə aparmalıyıq. Onlar Milli Məclis haqqında da mənfi fikirlər söyləyirlər. Amma nədənsə bır sıra deputatlarımız yaxasını kənara çəkirlər. Hər kəs bilməlidir ki, deyilən sözlər bütün deputatlara şamil olunur. Əgər onlar birini deyirsə, biz onlara qarşı tutarlı cavablar verməliyik”.
Millət vəkili qeyd edib ki, xaricdən Azərbaycana qarşı yönləndirilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: “Onlar yalnız söyüş söyməyi bacarırlar. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuludur. Onlar anlamırlar ki, biz illərdir ki, siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan çox uğurla inkişaf edir. Ölkəmiz inkişaf etdikcə, gücləndikcə bizi sevməyən qüvvələrin halı daha da pisləşir. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz”.
Millət vəkili İqbal Məmmədov da çıxışında bidirib ki, Azərbaycana qarşı aparılan kampaniya ictimaiyyət tərəfindən etirazla qarşılanır. Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə yalan və böhtanlar yolverilməzdir. Sağlam tənqidin hər bir cəmiyyətdə normal qarşılandığını deyən millət vəkilinin fikrincə, radikal müxalifətin böhtan kampaniyası mənəvi terrordur.
“Radikal müxalifətin əsl məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır”. Bu fikirləri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, 2008-ci ildə “Sərbəst toplaşmaq haqqında” qanuna ciddi dəyişikliklər edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: “Hüquq-mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bundan başqa, internet resurslarında şərəf və ləyaqətin təhqir olunmasının qarşısının alınması ilə bağlı təkliflər də əsaslıdır. 2016-cı ilin payız sessiyasında komitəmiz tərəfindən Cinayət Məcəlləsinin 148-1 maddəsi təqdim olundu və millət vəkilləri tərəfindən qəbul edildi. Bu maddəyə əsasən internet resurlarında saxta profillər və adlardan istifadə etməklə şərəf və ləyaqəti təhqir edənlər üçün cəza tədbirləri müəyyənləşib. Buna görə cərimə sanksiyası və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin təcrübə göstərir ki, bu maddənin tətbiqi ilə bağlı müəyyən boşluqlar mövcuddur və onun tətbiqi yaxşı halda deyil. Bu barədə tədbirlər görmək lazımdır”.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, buna baxmayaraq, radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: “Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Azərbaycanda bu qədər şəhidlərin olmasının yeganə səbəbkarı 1992-ci ildə hakimiyyətdə olanlardır. O zamankı parlament sədri, daxili işlər və müdafiə nazirləri heç olmasa doğulduqları torpaqları qoruya bilsəydilər, bu qədər şəhidlər verməzdik. O zaman Naxçıvan həm Ermənistan, həm də AXC-”Müsavat” hakimiyyəti tərəfindən blokadaya alınsa da, Ulu öndər Heydər Əliyev həmin ərazini qorudu. Lakin bu adamlar isə heç öz kəndlərini belə qoruya bilmədilər”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da sosial şəbəkələrdə təhqirlərin yolverilməz olduğunu bildirib.
Müzakirələrdən sonra Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Qeyd edək ki, qanunvericilik işləri planına “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və s. qanun layihələri daxildir.
Bundan başqa, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.
İclasda daha sonra Məlahət İbrahimqızı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Şahin İsmayılov isə Gənclər və idman komitəsinin sədr müavini seçiliblər.
Millət vəkilləri iclasın gündəliyində olan digər məsələləri də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

