Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
15.02.2019 [09:35]
Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirib. Qeyd edilib ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.
Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış olub, müəssisənin azyaşlı sakinləri ilə görüşüb.
Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıb.
Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzularını bölüşüb, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar.
Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlara yaxşı oxumağı tövsiyə edib, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayaraq deyib: “Çox sağ olun, uşaqlar. Çox sağ olun ki, məni belə gözəl rəqslə qarşıladınız. Çox gözəl oynayırsınız”.
Direktor Nazilə İsmayılova: Siz sağ olun, Mehriban xanım. Uşaqların adından Sizə təşəkkür edirik. Hər zaman Sizin isti qəlbinizin məhəbbətini hiss edirik. O qəlbin istiliyini hiss edirik ki, bu uşaqlar 2017-ci ildə Sizin təşəbbüsünüzlə 10 gün Moskva şəhərində oldular, istirahət etdilər, yeni dostlar tapdılar. Minnətdarıq, var olun, Allah Sizi, möhtərəm Prezidentimizi, ailənizi qorusun. Hər zaman dualarımız Sizinlədir.
Mehriban Əliyeva: Çox sağ olun. Bizim bu gözəl balalarımıza öz sevgimi çatdırıram. Bilin ki, siz bizim ölkəmizin gələcəyisiniz, siz mənim üçün çox əzizsiniz. Sizin indi əsas vəzifəniz ondan ibarətdir ki, yaxşı oxuyasınız, bilikli, savadlı olasınız. Çünki Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Mən də hər zaman Sizin yanınızdayam.
Nazilə İsmayılova: İnşallah. Çox sağ olun, Mehriban xanım, təşəkkür edirəm.
Qeyd edək ki, bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

