/ / ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
23.02.2019 [10:28]
Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası çərçivəsində “Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debat keçirilib.
AZƏRTAC xəbər verir ki, debatda münaqişələrlə yanaşı, ATƏT məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.
ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin Siyasətə Dəstək Xidmətinin direktor müavini Çarlz Lonsdeyl son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yarandığını qeyd edib.
Fransa nümayəndə heyətinin üzvü Quy Tessiye və Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlarında Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin münaqişənin nizamlanması prosesinə tərəf kimi cəlb edilməli olduqlarını bildiriblər.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova debatda çıxış edib. O deyib ki, ATƏT-in müvafiq qərarlarına və sənədlərinə görə, təşkilat münaqişələrin həlli üçün əsas vasitədir və vasitəçilik ATƏT-in fəaliyyətinin mühüm elementidir. Buna görə bu fəaliyyət yalnız beynəlxalq hüquq normalarına, qərəzsizliyə, razılaşdırılmış mandata uyğun olaraq həyata keçirilməlidir: “Çox böyük təəssüflə qeyd etmək istərdim ki, ATƏT-in fəaliyyətində itkin düşmüş insanların və qaçqınların probleminə yetərincə diqqət ayrılmır. ATƏT-in məcburi köçkünlər və qaçqınlarla əlaqədar öhdəliklərini nəzərə alsaq, o zaman ATƏT və onun qurumları bu müəyyən qrupun problemlərinə toxunan tədbirlər üçün kifayət qədər resurs ayırmalıdır”.
Erməni nümayəndə heyəti və onların havadarlarının iclasda səsləndirdiyi fikirlərə cavab kimi Bahar Muradova bildirib ki, ATƏT-in Nazirlər Şurasında 1992-ci ildə qəbul edilmiş qərara uyğun olaraq, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri kimi tanınır və Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları isə yalnız maraqlı tərəflər kimi müəyyən edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra hər iki icma bərabər əsasda müzakirələrdə iştirak edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

