/ / Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin son Fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır
Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin son Fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır
27.02.2019 [09:54]
Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən bəri imzaladığı fərman və sərəncamlarına diqqət yetirsək görərik ki, insan amilinə verilən dəyər, ən əsası onların sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi daha aydın şəkildə özünü göstərir. Təkmil sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edən ölkəmizdə həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayanması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək qiymətləndirilir, təqdir olunur. Prezident İlham Əliyev fəaliyyətə başladığı gündən bu məqsədi açıqlayıb ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirə bütün dövrlər üçün aktuallığını saxlayan “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” tezisinin bugünkü reallıqlarımızla üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Dövlətimizin başçısı həmin müşavirədə bir daha vurğuladı ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması başlıca vəzifədir. Əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Atılan addımlara söykənərək Prezident İlham Əliyev bu inamı da ifadə edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq.
V.Rəhimzadə qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycanın inkişaf modeli dünyada təqdir olunur, öyrənilməsinin vacibliyi bildirilir. Ölkəmizin 2008-ci ildə dünyada baş verən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını şərtləndirən əsas amil də məhz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasıdır. Son illərdə neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi davamlı inkişafı təmin edən mühüm amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məqamı da xüsusi qeyd edərək deyib: “Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığımız danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycanla əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara yüksək qiymət verilir”.
V.Rəhimzadə 2019-cu ilin ilk ayında sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlara, həmçinin imzalanan fərman və sərəncamlara bir daha diqqət yönəldib. Bildirib ki, minimum əməkhaqqının artırılması vətəndaşlara ünvanlanan növbəti böyük sevindirici addım olub: “Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bir daha bildirib ki, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər böyük sosial paketin tərkib hissəsidir. Statistik rəqəmlərə diqqət yetirək. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı. Hazırda 12 min 200-dən artıq şahid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata artırıldı. Bu il 6-7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə 800 mənzil veriləcək. Minimum pensiyaların məbləği 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı”.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da atılan davamlı addımların tərkib hissəsidir: “Sərəncam ümumilikdə 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir. İmzaladığı hər bir fərman və sərəncamla vətəndaşlarına böyük sevinc bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri də daim bildirir ki, atılan addımlar davamlı olacaq. Bir sözlə, Azərbaycan Prezidentinin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır”.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

