/ / Prezident İlham Əliyev: Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır
Prezident İlham Əliyev: Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır
02.03.2019 [09:39]
Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, həm də öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu çox əlamətdar hadisədir.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 78-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2017-ci il fevralın 2-də görkəmli dirijor maestro Niyazinin abidəsinin açılış mərasimindəki çıxışından götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin dekabrından 2017-ci ilin mart ayınadək olan dövrü əhatə edir.
Kitaba Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfəri və Davosda keçirdiyi görüşlər barədə informasiyalar, Forumun “İpək yolunun səmərəsi” mövzusunda interaktiv iclasında çıxışının mətni, Almaniyaya işgüzar səfəri zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda dəyirmi masada, “Avrasiyada əməkdaşlıq və problemlər” adlı panel müzakirədə çıxışlarının mətnləri daxil edilib. Panel müzakirədə dövlətimizin başçısı dünyanın diqqətini bir daha Qarabağ məsələsinə yönəldərək problemin ədalətli həllinə çağırış edib və bu məsələlərlə bağlı sualları cavablandırıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Belçika Krallığına, Qətər Dövlətinə və Pakistan İslam Respublikasına səfərlərinə dair materiallar, İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışının mətni yer alıb.
Çoxcildliyin 78-ci kitabında Prezident İlham Əliyevin ABŞ, Peru, Finlandiya, Estoniya, Fransa, İran, Pakistan və digər dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da verilib.
Oxucular bu kitabda ölkə rəhbərinin Əl-Cəzirə televiziyasına geniş müsahibəsinin mətni ilə tanış ola bilərlər.
Nəşrdə dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri, Ordubad, Culfa və Şahbuz rayonlarında, habelə ölkəmizin paytaxtında sosial infrastruktur obyektlərinin açılışında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsi ilə görüşünə dair informasiyalar toplanıb.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında söylədiyi nitqlərin mətnləri də bu nəşrə daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 78-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

