Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Astanada TürkPA-ya üzv ölkələrin təhsildə ekvivalentlik proseslərinin problemləri müzakirə olunub

Astanada TürkPA-ya üzv ölkələrin təhsildə ekvivalentlik proseslərinin problemləri müzakirə olunub

02.03.2019 [09:47]

Astanada TürkPA-nın hüquqi məsələlər və beynəlxalq münasibətlər üzrə komissiyasının yeddinci iclası keçirilib. İclas çərçivəsində TürkPA-nın 10 illik fəaliyyətinə dair fotosərgi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov da iştirak edib.
Tədbirdə TürkPA-ya üzv ölkələrin davamlı iqtisadi və sosial inkişafında ali təhsilin artan rolu qeyd olunub. Həmin ölkələrdə yüksəksəviyyəli ali təhsil sistemlərinin olduğu vurğulanıb.
TürkPA-ya üzv dövlətlərin nümayəndələri deputatlara öz ölkələrinin ali təhsil sistemlərinin xüsusiyyətləri barədə məlumat veriblər. Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova ölkəmizin ali təhsil sistemi haqqında təqdimatla çıxış edib.
İclasda TürkPA-ya üzv ölkələrin ali təhsildə əməkdaşlıq baxımından, xüsusən də ekvivalentlik prosesi baxımından böyük potensiala malik olduqları bildirilib. Diqqətə çatdırılıb ki, onların hər biri ali təhsilin ümumi inkişafı və ekvivalentlik proseslərinə böyük töhfə verə bilər.
Müzakirələrdən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Universitetləri Birliyinin üzvləri arasında ali təhsil zonasının yaradılmasına dair İstanbul Direktivində təsbit olunmuş prinsiplərə riayət etmək məqsədilə müvafiq tövsiyələr qəbul edilib. Tələbə və müəllimlərin fəaliyyətini genişləndirmək üçün effektiv mexanizm kimi milli və regional strukturlar çərçivəsində hazırlanan mübadilə proqramlarının imkanlarından da istifadə etmək təklif olunub.
Sonda TürkPA-ya üzv ölkələrin hüquqi məsələlər və beynəlxalq münasibətlər üzrə komissiyasının növbəti iclasının 2020-ci ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31