Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycan Ordusu büdcəsinə görə dünyada ilk 30-luğa düşən ordudur

Siyavuş Novruzov: Azərbaycan Ordusu büdcəsinə görə dünyada ilk 30-luğa düşən ordudur

15.03.2019 [16:34]

“Azərbaycan Ordusunda korrupsiyanın mövcudluğu ilə bağlı səslənən fikirlər yalan və böhtandan ibarətdir. Qaçıb xaricə sığınan şəxslər guya ordudakı korrupsiya ilə bağlı elə rəqəmlər təqdim edir ki, heç ordumuzun ümumi büdcəsi o qədər deyil. Bunların təqdim etdiyi rəqəmlərə inansaq, onda belə çıxır ki, əsgərlər yemək yemir, zabitlər əməkhaqqı almır. Bütün bu iddiaların hamısı yalandır”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, hər il yüzlərlə zabitimiz dövlət tərəfindən mənzillə təmin edilir. Onun sözlərinə görə, zabit ailələrinin məşğulluq probleminin həlli ilə bağlı ciddi addımlar atılır. Azərbaycan dünyanın bir çox ölkəsindən müasir silahlar alır. Azərbaycan Ordusu büdcəsinə görə dünyada ilk 30-luğa düşən ordudur. Ordunun təlim-tədrisi NATO standartına əsaslanır. Odur ki, bu adamların ordu ilə bağlı səsləndirdiyi fikirlər qərəzli xarakter daşıyır.
“Bu adamlar işğalçı Ermənistan əleyhinə danışmır, Xocalı soyqırımına öz etirazını bildirmir. Əksinə, iddia edirlər ki, sabah Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Azərbaycana qarşı vuruşacaqlar. Bu bəyanatdan görsənir ki, onlar hansı dinə, hansı imana qulluq edirlər. “Mənim əziz xalqım” ifadəsi ilə etdikləri müraciətlərin hamısı xalqın başını aldatmağa hesablanıb. Xalqına xidmət etmək istəyən istənilən yerdə bu xidməti göstərə bilər. Əgər müəllim öz dərsini yüksək keyfiyyətlə keçirsə, o artıq xalqına xidmət edir. Hər kəs öz sahəsində xalqa vicdanla xidmət edirsə, xalqın arzu və istəklərini yerinə yetirirsə, deməli, o artıq xalqına xidmət edir, onun üçün faydalıdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31