Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəmil Çiçək: Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır

Cəmil Çiçək: Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır

16.03.2019 [10:13]

Yeddinci Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə və azərbaycanlı qardaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün çox faydalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək jurnalistlərə müsahibəsində deyib.
Cəmil Çiçək bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyini göstərən bu Forum müzakirə olunan məsələlərin əhəmiyyəti baxımından Türkiyə ictimaiyyəti üçün də böyük maraq doğurur. Azərbaycan əvvəlki illərdə də çox mötəbər tədbirlərə ev sahibliyi edib. Bu Forum onlardan biridir və çox uğurla həyata keçirilir.
Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu vurğulayan, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan C.Çiçək deyib: “Türkiyə hər zaman Azərbaycanın qazandığı nailiyyətlərə sevinir. Mən müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycanda dəfələrə səfərdə olmuşam. Azərbaycan sürətlə inkişaf edir. Xaricdən gələn qonaqlar bu inkişafı əvvəlki səfərləri ilə müqayisə edərək daha tez görürlər. Mən də Azərbaycanın getdikcə daha da inkişaf etdiyini, gücləndiyini, beynəlxalq müstəvidə nüfuz sahibi olan ölkəyə çevrildiyini görürəm”.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31