Siyavuş Novruzov: Azərbaycan dövləti hər zaman xalqın yanındadır
30.03.2019 [09:22]
“Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etdirmirlər. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvan Muxtar Respublikasında, demək olar ki, sığorta olunmamış ev qalmayıb. Əgər hansısa hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərlərinə götürürlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasındakı çıxışı zamanı deyib.
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə sığorta məsələləri ilə bağlı fikirlərini bildirib. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində də sığorta məsələsi ilə bağlı layihələr hazırlanmalıdır. Onun sözlərinə görə, qanunvericilikdə insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır.
S.Novruzov təəssüflə qeyd edib ki, Azərbaycanda baş verən hər hansı belə hadisələrdən sui-istifadə edənlər var: “Bəziləri müxtəlif çağırışlar edirlər, insanları mitinqlərə çağırırlar. Bilirsiniz ki, son prezident seçkilərindən sonra sosial-iqtisadi sahədə mühüm islahatlar həyata keçirilir. Cənab Prezident bütün məsələlərin həlli istiqamətində önəmli addımlar atır. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Amma təəssüf ki, mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər var. Burada məqsəd ölkədə aparılan islahatlara kölgə salmaq, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir”.
Deputat deyib ki, həmin qüvvələr hələ 1990-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün sui-istifadə ediblər: “Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə, müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər “.
Dövlət başçısı tərəfindən imzalanan əfv Sərəncamının guya hər hansı təzyiqlər nəticəsində imzalanmasına dair yanlış fikirləri də pisləyən S.Novruzov deyib ki, əfv siyasəti kimlərinsə təzyiqi vasitəsilə həyata keçirilmir. Onun sözlərinə görə, bu, ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın kimlərinsə bəyanatı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. “Azərbaycan dövləti hər zaman xalqın yanındadır. Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı insanların yanında oldu. Hazırda həmin ərazilərdə gözəl evlər tikilir və zəlzələdən zərər çəkmiş insanlara verilir. Əvvəllər də baş verən təbii fəlakətlər zamanı da zərər çəkmiş insanlara dövlət bütün dəstəyi göstərib. Bu işlərə kölgə salmaq mümkün deyil”, - deyə S.Novruzov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

