/ / Vüqar Rəhimzadə: Vyana görüşü bir daha göstərdi ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılır
Vüqar Rəhimzadə: Vyana görüşü bir daha göstərdi ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılır
02.04.2019 [09:25]
Bu gün sürətlə Avropaya inteqrasiya edən Azərbaycan qitə dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurur. Müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Avstriyaya işgüzar səfərini yüksək qiymətləndirmək lazımdır. Səfər zamanı möhtərəm Prezidentimiz Avstriya Federal Kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib, 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni əməkdaşlıq formatı yaradılıb. Hesab edirəm ki, bu səfər Azərbaycan-Avstriya münasibətlərinin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə bildirib ki, hazırda ölkəmizlə Avstriya arasındakı siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan Avstriya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Avstriya şirkətləri ölkəmizdə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas iqtisadi tərəfdaşıdır. Bütün bu məqamlar möhtərəm Prezidentimizin Avstriyada keçirdiyi görüşlərdə əsas müzakirə mövzuları olub. Avstriya rəhbərliyi də öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlıqda və mövcud əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri zamanı əsas məqamlardan biri də Ermənistan baş naziri ilə keçirilən görüş idi. O deyib: “Belə ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında növbəti görüş Vyanada baş tutdu. Bu görüş bir daha göstərdi ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılır və format dəyişməz olaraq qalır. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar əsassız iddialar irəli sürür, bununla da qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edirdi. Ancaq martın əvvəlində ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməz olduğunu açıqladılar. Hesab edirəm ki, bu bəyanat Ermənistana konkret cavab oldu və danışıqların bundan sonrakı mərhələsində mühüm əhəmiyyət kəsb edəcək”.
V.Rəhimzadə əlavə edib ki, hər bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi qətiyyətli və dəyişilməzdir. Yəni, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

