Etibar Nəcəfov: ATƏT Avropada multikulturalizmi təşviq etmək üçün əlindən gələni etməlidir
03.04.2019 [09:40]
Aprelin 1-2-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında “Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi” mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib.
AZƏRTAC xəbər verir ki, ATƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin, dini təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdikləri tədbirdə ATƏT-ə üzv olan dövlətlərin dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması istiqamətində həyata keçirdikləri təcrübələr müzakirə olunub.
Etibar Nəcəfov tədbirin “Din və ya etiqad zəminində irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin səbəbləri və nəticələri” adlı sessiyasındakı çıxışında multikulturalizmin irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin qarşısının alınması sahəsində ən səmərəli siyasət modeli olduğunu qeyd edib. Şöbə müdirinin fikrincə, bu, multikulturalizm siyasətinin mahiyyətindən irəli gəlir. Belə ki, həmin siyasət modeli cəmiyyətdəki etnik, dini və mədəni müxtəliflikləri və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. E.Nəcəfov multikulturalizmin etnik-mədəni dəyərlərin qorunmasının ən səmərəli siyasət modeli olduğunu ölkəmizin timsalında göstərib. O, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən sayıldığını, xalqımızın həyat tərzi olan multikulturalizmin respublikamızda dövlət siyasəti səviyyəsinə qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə dini və milli zəmində heç bir qarşıdurmanın olmadığını vurğulayıb. Şöbə müdiri multikulturalizm siyasəti sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirərək, bunun mühüm göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını göstərib.
Çıxışının sonunda E.Nəcəfov qeyd edib ki, ATƏT öz missiyasına uyğun olaraq Avropa məkanında təhlükəsizliyin və əməkdaşlığın təminatı istiqamətində multikulturalizmi fəal şəkildə təşviq etməlidir. Bu işin həyata keçirilməsi müasir dövrdə bir sıra Qərb ölkələri başçılarının multikulturalizm siyasətinin səmərəli olmaması ilə bağlı çıxışları fonunda xüsusən aktuallıq kəsb edir.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

