/ / Azərbaycan ilə Almaniyanın Şlezviq-Holşteyn federal torpağı arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan ilə Almaniyanın Şlezviq-Holşteyn federal torpağı arasında əməkdaşlıq imkanları müzakirə olunub
05.04.2019 [09:38]
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin Şlezviq-Holşteyn federal torpağına işgüzar səfər edib. Səfər çərçivəsində diplomat federal torpağın paytaxtı Kil şəhərində Şlezviq-Holşteynin Baş naziri Daniel Qünter, Kil şəhər parlamentinin prezidenti Hans-Verner Tovar və Şlezviq-Holşteyn Sənaye və Ticarət palataları cəmiyyətinin rəhbəri Verner Koopmanla görüşlər keçirib.
Səfir Ramin Həsənov və Baş nazir Daniel Qünter Azərbaycanın xarici siyasəti, ölkəmizin Almaniya və Avropa İttifaqı ilə müxtəlif sahələrdə fəal əməkdaşlığı, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika barədə fikir mübadiləsi aparıblar. Diplomat Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, eləcə də Almaniyanın mühüm tərəfdaşı olması, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, nəhəng regional layihələr həyata keçirməsi, Ermənistan istisna olmaqla bütün qonşuları ilə konstruktiv əməkdaşlıq etməsi barədə məlumat verib.
Azərbaycanda hökm sürən multikultural dəyərlər və dini tolerantlıq barədə danışan səfir ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun dərinləşməsi üçün göstərdiyi səyləri vurğulayıb. Ramin Həsənov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, işğalın nəticələri, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, göstərilən faktların beynəlxalq sənədlərdə öz əksini tapması, eləcə də sülh prosesinin gedişi barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan və Şlezviq-Holşteyn federal torpağı arasında əməkdaşlıq imkanları, iqtisadiyyat, təhsil, mədəniyyət, idman sahələrində, eləcə də Azərbaycan və federal torpağın şəhərləri arasında mövcud və potensial əlaqələrə dair müzakirələr aparılıb.
Kil Şəhər Bələdiyyəsində keçirilmiş görüşdə şəhər parlamentinin prezidenti Hans-Verner Tovar federal torpağın paytaxtının özəllikləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Ramin Həsənov xalqlarımız arasındakı münasibətlərin tarixi, Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyinin Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət səviyyəsində qeyd edilməsi, Azərbaycan və Almaniya arasında mövcud olan şəhər tərəfdaşlıqları barədə məlumat verib. O, ölkəmizin Kil şəhəri ilə də münasibətlərin dərinləşməsində maraqlı olduğunu qeyd edib.
Kil Sənaye və Ticarət Palatasında Verner Koopmanla keçirilmiş görüşdə isə Azərbaycanın iqtisadi nailiyyətləri və Almaniya ilə iqtisadi sahədə əməkdaşlıq məsələləri, ölkəmizin qeyri-neft sektorunda mövcud olan resursları, əlverişli biznes və investisiya mühiti, Azərbaycanın enerji və nəqliyyat sahəsində reallaşdırdığı nəhəng layihələr və bütün bunların Şlezviq-Holşteyn federal torpağının şirkətləri üçün yaratdığı imkanlar barədə geniş fikir mübadiləsi aparılıb.
Ramin Həsənov Azərbaycanın Şlezviq-Holşteyn regionu ilə münasibətlərin dərinləşməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda federal torpağın təmsilçilərini Azərbaycana səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

