/ / Elmar Məmmədyarov: Avropa İttifaqı ilə yeni sazişə dair danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq
Elmar Məmmədyarov: Avropa İttifaqı ilə yeni sazişə dair danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq
05.04.2019 [09:41]
Bu iclası ikitərəfli və regional gündəliyimizin maraqlı kəşisməsi zamanında təşkil etdik. Münasibətlərimizdə elə bir sıxlıq var ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu, Avropa İttifaqı üçün də regionda digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi dəstəkləməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında bildirib.
Nazir deyib: “İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda biz danışıqları onun bütün üç hissəsi üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var. Son vaxtlar biz bir sıra dəyirmi masalar və videokonfranslar keçirmişik və eyni zamanda, qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir.
Biz, həmçinin dialoqumuzun strateji əhəmiyyət kəsb edən məsələlərini də əhatə edəcəyik. Bunlar enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitliyi, rifahı təmin etməkdir. Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə sazişlə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə biz enerji üzrə tamamilə yeni bir mənbədən - Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq. Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə, tərəfdaşlarımız daha çox səy göstərməlidir.
Yalnız imkanlarımız deyil, həm də çətinliklərimiz var. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Biz təhlükəsizlik, terrorizmə və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi cəhətdən dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, əgər Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa onda əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır.
Bundan əlavə, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən bu qısa, lakin hərtərəfli sənədimiz var. Bu, prioritetlərdən bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirmək lazımdır. Orada, deyə bilərəm ki, Azərbaycanın uzaqgörən yanaşması var. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik. Fərqləndirmə, çeviklik, diqqət mərkəzində saxlama və daha çox mülkiyyətçilik prinsiplərinin həyata keçirilməsi üçün hər bir ölkənin konkret məqsədləri və iqtisadi potensialına uyğun və prioritetlərə əsaslanan əməkdaşlıq daha səmərəli olardı. Belə bir yanaşma uzunmüddətli münasibətlərimizə müsbət təsir edər və həqiqi fərqləndirmə ruhuna uyğun olardı”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

