Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”

“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”

26.04.2019 [09:43]

“Azərbaycanda siyasi, iqtisadi sabitliyin mövcud olmasından narahatlıq keçirən və bunu istəməyən bir sıra güc mərkəzləri müxtəlif vasitələrə əl ataraq, ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Elə son bir neçə gündə İşərişəhərdə qala divarlarının sökülməsi ilə bağlı sosial medianı zəbt edən qərəzli məlumatların yayılması da məhz çirkin məqsədlərə xidmət edir”. Bu sözləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili ictimaiyyəti yalan məlumatlara inanmamağa çağırıb.
“Bu, bəzi güc mərkəzləri tərəfindən həyata keçirilən informasiya təxribatıdır. Azərbaycana qarşı başladılan savaşın elementləridir. Ona görə də Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır. Çünki bu, nəticə etibarı ilə sonda Azərbaycanın milli maraqlarına yönəlmiş təxribatlardır”, - deyə deputat bildirib.
O əlavə edib ki, 2019-cu il Azərbaycan üçün mühüm bir ildir: “Bu il Azərbaycan mühüm hadisələr ərəfəsindədir və həmin hadisələrin reallaşması Azərbaycanın bundan sonrakı inkişafını təmin edəcək. Bunu bilən sözügedən qüvvələr bu cür təxribatlarla həmin proseslərin qarşısını almağa və cəmiyyətin diqqətini əsas hədəflərdən yayındırmağa çalışırlar. Bu yolla Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq istəyirlər. Çox yaxşı ki, Azərbaycanda mövcud olan intellektual təbəqə bunun fərqindədir və ona qarşı çıxır. Düşünürəm ki, Azərbaycanın media və informasiya resursları da belə təxribat xarakterli məsələlərdə diqqətli olmalıdır. Onlar da potensiallarını milli maraqlarımızın qorunmasına səfərbər etməlidirlər”.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31