/ / Ekspert: Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində mühüm mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır
Ekspert: Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində mühüm mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır
30.04.2019 [09:57]
“Bir kəmər, bir yol” layihəsi özünün nəhəngliyi ilə yanaşı, həm də dünya ölkələrinin iqtisadi siyasətinə yeni nəfəs verəcək bir ideyadır.
Bunu “Trend”ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və layihə çərçivəsində irəli sürdüyü fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın belə bir möhtəşəm layihədə yer alması həm də ölkəmizin Çinlə əlaqələrinin möhkəm təməllərə söykənən reallığının nəticəsidir: “Bildiyimiz kimi, Çinin “Bir kəmər, bir yol” strategiyası əsasında formalaşan layihədə əhəmiyyətli ölkələr sırasında Azərbaycan da var və əbəs deyil ki, bu gün Cənubi Qafqazın ən sürətli inkişaf edən ölkəsi olaraq qiymətləndirilən Azərbaycanın geostrateji mövqeyi özündə mühüm maraqları birləşdirir”.
Ekspert vurğulayıb ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və ötən illər ərzində Azərbaycanın vacib ticarət tərəfdaşlarından birinə çevrilib: “Bu baxımdan “Bir kəmər, bir yol” layihəsi ənənəvi dostluq münasibətlərinə malik ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Çünki Azərbaycan layihəni ilk dəstəkləyən ölkələrdən biridir və indiyədək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı çoxsaylı sənədlər imzalanıb”.
Bəhruz Quliyev bildirib ki, ölkəmizin belə mötəbər layihələrdə iştirakı həm də dünyaya açılan yeni imkanlarının göstəricisidir: “Belə ki, “Bir kəmər, bir yol” təşəbbüsü, eyni zamanda, bütövlükdə beynəlxalq aləmin iqtisadi sistemində yeni mərhələ kimi qiymətləndirilir. Bu, yalnız iqtisadi maraqlar deyil, həm də siyasi maraqların təminatında qlobal əhəmiyyət kəsb edən layihədir. Yalnız sabitliyin olduğu ölkələr bənzər layihələrdə seçilmişlər sırasında yer alırlar ki, onların arasında dinamik inkişaf yolunu tutan Azərbaycan da var”.
O qeyd edib ki, bütövlükdə Azərbaycan-Çin münasibətlərinin başlanğıcı tarixi İpək Yolu vasitəsilə qoyulub: “Ona görə də deyə bilərik ki, ölkəmizin bu layihədə mühüm mövqeyə sahib olması aparılan strategiyanın uğurlu davamıdır. Qeyd etmək istərdim ki, Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat Dəhlizi Azərbaycanın “Bir kəmər, bir yol” strateji layihəsinə ən böyük töhfəsidir. Əlbəttə ki, belə bir möhtəşəm siyasi-iqtisadi nailiyyətin əldə olunması həm də Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasi xətt yürütməsinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı tərəfindən atılan hər bir addım düşünülmüş, köklü məqsədlərə hesablanmış uğurlu siyasi strategiyadır və biz həmin strategiyanın ardıcıllığını, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, eyni zamanda, nailiyyətlərini müşahidə edirik. Məhz “Bir kəmər, bir yol” layihəsi də bu nailiyyətlərin bariz sübutlarındandır”.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

