Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Bakı Prosesi” on il ərzində fikir mübadiləsi üçün pozitiv platforma yaradıb

“Bakı Prosesi” on il ərzində fikir mübadiləsi üçün pozitiv platforma yaradıb

03.05.2019 [10:17]

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əməkdaşlığın qurulması baxımından mühüm rola malikdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması” aralıq sessiyasının panelçisi, İsveçrənin Mədəniyyətlərarası Təhsil, Təlim və Tədqiqat Cəmiyyətinin prezidenti Ann-Klod Lambelet deyib.
O bildirib ki, 2008-ci ildən həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında anlayış, səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib. “Bu gün biz sessiyamızda sülh mədəniyyətinin təbliğ olunmasını, sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərini müzakirə edirik. İnanıram ki, müzakirələrdən önəmli nəticələr əldə edəcəyik”, - deyə Ann-Klod Lambelet vurğulayıb.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31