Sevinc Fətəliyeva: Ermənistan həqiqətən sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır
15.05.2019 [09:57]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, tərəflər arasında atəşkəs sazişinin imzalanmasından artıq 25 il ötür. Lakin Ermənistan tərəfi bu günədək münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoymayıb. Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir və buna biganəlik, sadəcə, təəssüf doğurur. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil. Bu günədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunur ki, o, atəşkəs rejimindən sui-istifadə edir və bununla da öz məqsədlərini həyata keçirməyə çalışır. Paşinyan sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən bir daha uzaq olduğunu sübuta yetirir. Onun məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir. Bununla o, hakimiyyətdəki mövqeyini saxlamağa çalışır və beynəlxalq ictimaiyyəti aldatmaq mövqeyini ortaya qoyur. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu sənədlərə əməl etməlidir. Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüququn normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasından, zəbt etdiyi torpaqları dərhal tərk etməsindən asılıdır.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

