Türk Şurası Gənc Diplomatlarının birgə təlim proqramının iştirakçıları Milli Məclisdə olublar
16.05.2019 [09:34]
Mayın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən Türk Şurası Gənc Diplomatlarının altıncı birgə təlim proqramının iştirakçıları ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov gəncləri belə önəmli layihədə təmsil olunmaları münasibətilə təbrik edib, onların peşəkar diplomat kimi formalaşmalarında bu proqramın əhəmiyyətli olduğunu deyib. Onların burada əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını bildirib.
Gənc diplomatlara Milli Məclisin fəaliyyəti barədə məlumat verilib. Parlament komitələrinin qanun yaradıcılığı sahəsində gördüyü işlərdən danışılıb. Bildirilib ki, qadın deputatlar Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunurlar.
Diqqətə çatdırılıb ki, parlamentdə beynəlxalq münasibətlərə xüsusi önəm verilir. Azərbaycanın qanunverici orqanında dünyanın müxtəlif ölkələri ilə 80-dən çox parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Deputatlarımız bir sıra mötəbər beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir, qaldırılan məsələlərlə bağlı fəallıq nümayiş etdirirlər. Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri qismində burada təmsil olunan həmkarları ilə birlikdə qurumun bütün tədbirlərində fəal iştirak etdiklərini qeyd edib.
Komitə sədri bildirib ki, dövlətimiz öz xarici siyasətini qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Ölkəmiz TAP, TANAP və digər beynəlxalq enerji layihələrinin fəal iştirakçısıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır.
Deputat Asim Mollazadə Azərbaycan parlamentinin yaranma tarixi barədə məlumat verib. O deyib ki, Azərbaycan parlamenti müsəlman Şərqində yaradılan ilk parlament olub. Deputat, həmçinin Azərbaycanın regiondakı mühüm rolundan danışıb, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verildiyini deyib, iqtisadi, sosial, humanitar sahələrdə əldə edilən nailiyyətlərdən söhbət açıb.
Söhbət zamanı gənclərin Azərbaycanın qonşu ölkələrlə münasibətləri, dünyada və regionda baş verən son hadisələr, regional münaqişələr və onların həlli istiqamətində atılan addımlar və digər məsələlər barədə sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

