Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Liqasının Bakı finalı maraqlı oldu

Avropa Liqasının Bakı finalı maraqlı oldu

04.06.2019 [09:43]

“Çelsi” “Arsenal”ı darmadağın edərək öz azarkeşlərini sevindirdi
Dünya KİV-ləri UEFA Avropa Liqasının bu günlərdə Bakıda keçirilmiş final matçı barədə materiallar dərcini davam etdirir. Məsələn, Rusiyanın nüfuzlu “Komsomolskaya pravda” qəzetinin dünənki nömrəsində “Avropa Liqasının Bakı finalı maraqlı oldu” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.
* * *
Avropa Liqasının Azərbaycan paytaxtında keçirilən final matçını İngiltərə çempionatının 39-cu turu adlandırıblar, çünki həmin görüşdə iki London komandası - “Çelsi” və “Arsenal” qarşılaşdı. İngiltərə Premyer-Liqası birinciliyində beşinci yeri tutan “Arsenal” üçün bu görüşdə qələbə qazanmaq daha vacib idi, çünki bu, onların Çempionlar Liqasına düşməsi üçün son imkan ola bilərdi. Lakin özləri hər şeyi korladı.
Əvvəlcə “Arsenal”ın və Ermənistan yığmasının hücumçusu Henrix Mxitaryan “təhlükəsizlik mülahizələrinə əsasən” Bakıya getməkdən imtina etdi, sonra isə “Arsenal”ın azarkeşləri də biletləri təhvil verməyə başladılar. Britaniya KİV-ləri də necə deyərlər, “odun üstünə yağ tökürdü”. Lakin bu matçın təşkilinə “hadisə yerində” verilən qiymətlər fərqli oldu.
UEFA-nın prezidenti Aleksander Çeferin deyib: “Bakıda hər şey ideal səviyyədə təşkil edilib və şəhər turnirin finalına hazırdır. Qonaqpərvərlik aşkar duyulur, hər şey əladır. Əlbəttə, azarkeşlərin Londonda və Romada bilet alması və mehmanxanalarda qabaqcadan yer sifariş etməsi Bakı və ya məsələn, Bilbao ilə müqayisədə daha rahat olardı. Lakin bu heç də o demək deyil ki, biz həmin şəhərlərdə matçlar keçirməli deyilik”.
Bununla belə, azarkeşlərin çoxu Bakıya getmədi və hər şeydən göründüyü kimi, getmədiklərinə görə çox peşman oldular. Bu final qolların çoxsaylı olması ilə yadda qalacaq. Oyunu tribunalardan izləyənlər, ən azı “Çelsi”nin fanatları güclü emosional təsir hiss etdilər. Onların qorxuya düşərək Bakıya səfərdən imtina etmiş dostlarına “özünüzdən küsün!” deməyə haqqı var.
Düzdür, stadionda anşlaq yox idi, lakin Avropa Liqası finallarına gələn tamaşaçıların sayı göstəricisinə görə bu matç üçüncü yerdə olub. Bakıda final oyununu 51.370 nəfər canlı izləyirdi. Bu göstərici üzrə rekord isə Fransanın Lion şəhərində “Olimpik” - “Atletiko” matçına məxsusdur. Orada 55.768 tamaşaçı olub.
Azarkeşlər stadiondan kənardakı vəziyyəti də qiymətləndiriblər. Sahilboyu təşkil olunmuş fan-zona, münasib qiymətlər və səmimi servis hamının xoşuna gəlib.
Çox cəhətdən əsassız olan neqativ məqamlar böyük futbol kadrından kənarda qalıb. “Çelsi”nin oyunçuları əsas diqqəti yalnız oyuna yönəltdilər və ikinci hissənin əvvəlində 16 dəqiqəyə 3 qol vurmaqla görüşün taleyini həll etdilər. “Sevilya” komandası ilə üç dəfə bu mükafata sahib olmuş Unai Emerinin yetirmələri bir topun əvəzini çıxdılar, lakin “Çelsi”nin lideri Eden Azar bu matçda özünün ikinci qolunu vuraraq qələbə nöqtəsini qoydu 4:1.
Beləliklə, 2004-cü ildən Abramoviçin himayəsində olan “Çelsi” özünün 18-ci mükafatını, o cümlədən Avropa Liqasının iki kubokunu qazanıb.
Bu matçda Bakı da qalib gəldi. Final ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu isə o deməkdir ki, 2020-ci il Avropa çempionatının oyunlarının pozitiv ab-havada keçəcəyi gözlənilir. Xatırladaq ki, həmin birinciliyin oyunlarına Avropanın 11 başqa şəhəri ilə bərabər Azərbaycan paytaxtı da ev sahibliyi edəcək.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31