Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub

Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub

14.06.2019 [10:41]

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Xəbərlərin gələcəyi” devizi altında keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub.
İclasda Azərbaycanın AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, ABŞ-ın Associated Press, Küveytin KUNA, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Şura iclasında Dünya Xəbər Agentlikləri Konqresinin növbəti prezidentinin seçilməsi və VII Konqresin keçiriləcəyi ölkə barədə ətraflı müzakirələr aparılıb. Şura üzvləri Konqresin prezidentliyinə bir neçə namizəd olduğuna görə bu iclasda yekun qərara gələ bilməyiblər, növbəti dəfə - cari il dekabrın 2-də Londonda yenidən görüşmək və məsələləri bir daha müzakirə etmək barədə razılığa gəliblər.
Şura iclasında, həmçinin VI Konqresin gündəliyi müzakirə olunub, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31