Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb

02.07.2019 [10:00]

İyunun 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda səfərdə olan UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESKO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESKO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığımızın 27-ci ildönümünün qeyd edildiyini bildirib, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq quracağımıza əminliyini ifadə edib. UNESKO-nun xoşməramlı səfiri onu da bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycanda UNESKO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib. UNESKO-nun Baş direktorunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, bu səfər çərçivəsində Odre Azule Azərbaycanla, paytaxtımızla daha yaxından tanış olacaq və xalqımızın qonaqpərvərliyini hiss edəcək.
UNESKO-nun Baş direktoru Odre Azule Parisdə təşkilatın baş qərargahında Mehriban Əliyeva ilə görüşünü xatırlayıb və UNESKO üçün ən mühüm tədbir olan Ümumdünya İrs Komitəsinin növbəti sessiyasının üzv dövlətlər arasında məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. UNESKO-nun Baş direktoru növbəti günlərdə bütün ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklərini vurğulayıb. Odre Azule UNESKO üçün mühüm əhəmiyyət kəsb edən və 2500-ə yaxın iştirakçının qatılacağı bu sessiyanın Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və UNESKO-nun Baş direktoru Odre Azule birgə nahar ediblər.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31