/ / Uğurla həyata keçirilən enerji siyasəti Azərbaycanın müsbət reallıqlarını şərtləndirən əsas amillərdəndir
Uğurla həyata keçirilən enerji siyasəti Azərbaycanın müsbət reallıqlarını şərtləndirən əsas amillərdəndir
04.07.2019 [09:37]
Prezident İlham Əliyev: Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək
Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 16 ildə dünyada ümumi daxili məhsul istehsalı üzrə ən yaxşı göstərici 3 dəfədən çox olmaqla məhz respublikamızda qeydə alınıb. Eyni zamanda, ölkəmiz bəhs olunan dövrdə nəhəng infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəltsə də, dövlət siyasətində sosial sferanın prioritetliyini təmin etsə də, özünün strateji valyuta ehtiyatlarını 20 dəfədən çox artıraraq 45 milyard dollara çatdırıb. Qürurverici haldır ki, Azərbaycan regionda reallaşdırılan əksər irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edir.
Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, Azərbaycan tarixən dünyada “qara qızıl”la zəngin olan bir diyar kimi tanınıb. Ancaq məhz müstəqillik dövründə xalqımız respublikamızın malik olduğu təbii sərvətlərin əsl sahibinə çevrilib və onun bəhrəsini görməyə başlayıb. Prezident İlham Əliyev cari il mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında söylədiyi nitqində uğurlu enerji siyasətinin müstəqil Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdiyinə diqqət çəkərək vurğulayıb: “1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir”.
Azərbaycanın müasir enerji siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaq heç də xalqların və ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan və əlbəttə ki, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idarə etməkdən ibarətdir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev Özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində bütün bu kimi zəruri şərtləri təmin etməyə nail oldu. Bu gün biz yeni neft strategiyasının bəhrələrindən məmnunluq hissi ilə söhbət açırıq. Ancaq unutmaq olmaz ki, başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Bədxah qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ən müxtəlif məqamları nəzərə alaraq fərqli ssenarilər hazırlamışdılar. Lakin Ulu Öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı. Prezident İlham Əliyev müstəqil Azərbaycanın uğurlu enerji siyasətində Ulu Öndərin müstəsna rol oynadığını vurğulayaraq deyib: “Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz O, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı”.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.
Artıq 25 ildir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
Heç bir şübhə yoxdur ki, perspektivdə də enerji sektoru milli iqtisadiyyatımızın lokomotivi rolunda çıxış edəcək. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni Saziş çərçivəsində “Azəri”, “Çıraq”, “Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Prezident İlham Əliyev “Əsrin kontraktı”nın və imzalanan digər müqavilələrin ölkəmizin inkişafında mühüm rol oynadığını bildirib. “1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt, demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Azərbaycan özünü dünyaya həm də zəngin qaz ehtiyatlarına malik ölkə kimi təqdim edir
Azərbaycanın uğurlu enerji siyasətində qaz amili də mühüm yer tutur. Belə ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının təsdiqlənməsi ilə respublikamız özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başlayıb. Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.
Respublikamızla tərəfdaş ölkələr və şirkətlər arasında “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt məhz “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq 2018-ci il 29 may tarixində Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Prezident İlham Əliyev “Şahdəniz” yatağının işlənməsi ilə bağlı imzalanan müqavilənin önəmindən bəhs edərək vurğulayıb: “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir”.
Respublikamızın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Hazırda ölkəmiz “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı xarici şirkətlərlə fəal danışıqlar aparır. Azərbaycanın tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyi başqa bir yataq “Qarabağ” adlanır. Respublikamız həmçinin böyük qaz potensialı olan daha iki yatağa - “Dan ulduzu” və “Əşrəfi” yataqlarına malikdir. Perspektivdə bu yataqların da işlənməsi təmin ediləcək.
Şaxələndirilmiş nəql marşrutlarının yaradılması ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır
Hazırda qlobal miqyasda müşahidə edilən geosiyasi amillər ölkələr üçün enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinin zəruriliyini bütün ciddiliyi ilə gündəmə gətirib. Təəssüf doğuran haldır ki, ayrı-ayrı dövlətlər bir sıra hallarda enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan belə yanaşmanın əleyhinədir. Respublikamız enerji mənbələrinin, marşrutlarının şaxələndirilməsi mövqeyindən çıxış edir. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amildir. Şaxələndirilmiş nəql marşrutlarının yaradılmasının ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən digər ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Beləliklə, Azərbaycan bu gün etibarlı tranzit ölkə kimi qonşu dövlətlərə öz imkanlarını təqdim edir. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi.
Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi Cənub Qaz Dəhlizi seçildi. Respublikamız beynəlxalq əməkdaşlıq çərçivəsində Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılmasına sanballı töhfələr verir və bununla da özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur. Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlərin tamamlanması ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Cənub Qaz Dəhlizinin önəmindən bəhs edən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı”, - deyə bildirib.
TANAP Azərbaycan qazını Avropaya çatdırmaq üçün tam hazır vəziyyətə gətirilib
İndiyədək praktiki müstəvidə icrasına 5 il bundan əvvəl başlanılan Cənub Qaz Dəhlizinin hər 4 seqmenti üzrə böyük iş həcmi yerinə yetirilib. Layihənin mühüm seqmentlərindən birini Trans Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
TANAP 2019-cu il iyulun 1-də Azərbaycan qazının Avropaya nəql edilməsi üçün tam hazır vəziyyətə gətirilib. Qeyd edək ki, TANAP tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbədən, 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql edəcək.
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işlərinə start verilib. Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıb. TANAP çərçivəsində indiyədək 1000-ə yaxın sosial və ətraf mühit layihəsi həyata keçirilib, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub. Prezident İlham Əliyev bildirib ki, ötən il TANAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaranıb: “Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır”.
TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və “SOCAR Türkiyə” Enerji A.Ş (7 faiz) şirkətləridir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

