Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir
04.07.2019 [09:46]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində Rusiyanın jurnalist təşkilatlarında və aparıcı KİV-lərin redaksiyalarında görüşləri keçirilir.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, növbəti görüş Ümumrusiya Dövlət Teleradio Şirkətində keçirilib. Heyət üzvlərini şirkətin Xarici əlaqələr departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini Aleksey Perevoşçikov qarşılayıblar. KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.
Pyotr Fyodorov Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.
Nümayəndə heyətinin üzvləri Rusiyanın Dövlət Teleradio Şirkətinin xəbərlərində Azərbaycan barədə informasiyaların və ayrı-ayrı proqramlarında ölkəmizlə bağlı müzakirələrin daha səmərəli olması üçün təkliflərini səsləndiriblər. Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib. Şirkətin təşkil etdiyi proqramlarda Azərbaycan tərəfindən ekspertlərə istinadlar edilməsi, onlarla əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.
Nümayəndə heyətinin növbəti görüşü “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri əvvəlcə agentliyin iş şəraiti ilə tanış olublar. Daha sonra agentliyin baş direktoru Dmitri Kiselyovla görüş keçirilib. D.Kiselyov Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda atdığı addımları diqqətlə müşahidə etdiklərini və bu yolda Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın regionda oynadığı rola, Rusiya ilə münasibətlərdə sərgilədiyi mövqeyə diqqət çəkərək, iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində KİV-lərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Səfər proqramı davam edir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

